9 noyabr tarixi – Azərbaycan Respublikasında Dövlət Bayrağı günü kimi qeyd olunur. Bəşər tarixinin ən qədim və ən fəzilətli hisslərindən biri, şübhəsiz ki, vətənə, millətə və bayrağa olan sevgidir. Tarix boyu vətən millətimizin öz həyatından daha əziz tutduğu ən müqəddəs sərvət olmuşdur. Vətən və millət sevgisi bu torpaqlarda heç vaxt sönməyəcək ən böyük işıqlardan biridir. Bayraqları bayraq yapan üstündəki qandır, Toprak, əğər uğrunda ölən varsa, Vətəndır. Bayraq səmada bir bütünü tamamlayan ilahi eşqin dalğalanmasıdır. Bayraq bizim qürur mənbəyimizdir. Bütün dövlətlər gücünü milli birlik və bərabərlikdən alır. Millətin birliyi və bərabərliyi onların bir arada yaşamasını və butünlüyünü göstərir. Bayraq, ölkəmizə olan sevgimizi tamamlayan qəlbimizin könül pərdəsidir. Birlik və bərabərlik hər şeyi udar. Millətlə eyniləşdirilən yeganə sevgi Bayraq sevgisidir. Bayraq səmada bir bütünü tamamlayan ilahi eşqin dalğalanmasıdır. Milləti eyniləşdirən yeganə sevgi bayraq sevgisidir. Bayraq yaşamaq sevincimizin azadlığıdır. Bayrağımız imperializmə qarşı üsyan simvoludur. Dövlət bayrağımız suverenliyimizin rəmzidir. Torpağa və millətə bağlılıq eşqi bayraqlarla mövcuddur. Özünütəsdiq simvolu olan bayraq qürur və güvənc yeri sayılır.Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Daim Zəfər soraqlı , Qələbə soraqlı Azərbaycan bayrağı! Azərbaycan əbədi olaraq yaşayacaq, yaşadılacaqdır və yaşadacaqdır! Azərbaycanımızın bayrağı, dövlətimizin müstəqilliyini, milli kimliyini və tarixini əks etdirən ən vacib simvollardan biridir. Bayraq, Azərbaycanın suverenliyini, xalqın iradəsini və mədəni dəyərlərini nümayiş etdirir. Azərbaycanın bayrağı müstəqilliyimizin, müasirliyimizin, tarixiliyimizin və milli-mənəvi dəyərlərimizin simvoludur.
2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı müvafiq Sərən cam imzaladı. Həmin Sərəncama əsasən, hər il ölkəmizdə noyabrın 9-u Dövlət Bayrağı Günü qeyd edilir. Ulu öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.Ali Baş Komandanın rəhbərliyi altındakı rəşadətli, müzəffər Azərbaycan ordusunda xidmət edən hər bir əsgərin arzusu azad olunmuş torpaqlarımıza yenidən Azərbaycan Qələbə bayrağını sancmışdır. Bayrağım dalğalanırsa mən də varam. Azərbaycan , tarixi keçmişində köklü bir mirası, milli mədəni dəyərlərini, güclü bir potensialı saxlayır. Bayraq ölkələrin müstəqilliyini göstərən simvoldur. Dövlətimizin üçrəngli bayrağı Azərbaycanın suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq İstiqlal Marşımızın və Azərbaycanımızın əbədi simvoludur. Bayraq ölkələrin müstəqilliyini göstərən simvoldur. Vətən və millət sevgisi bu torpaqda heç vaxt sönməyəcək ən böyük işıqlardan biridir. Şərəf, ləyaqət və ədalət rəmzidir. Dövlətimizin üçrəngli bayrağı Azərbaycanın suverenliyinin və müstəqilliyinin rəmzidir. Amma bu simvollar asanlıqla qazanılmamışdır. Xüsusilə ölkəmizin bayrağı qan bahasına əldə olunub! Amma bu simvollar asanlıqla qazanılmamışdır. Xüsusilə ölkəmizin bayrağı qan bahasına əldə olunub! Gözəl yurdum Azərbaycanımın bayrağı! Sən varsan, biz də varıq. Sən yoxsan, biz də yoxuq. Bayraq bir millətin şərəfidir. Xoşbəxtliyimizin müjdəçisi bayraqdır. Bu bayraq dalğalandıqca Azərbaycan həmişə var olacaq. Üçrəngli bayrağımızın tarixi uzun illər sovet imperiyasının əsarətində yaşayan mübariz bir xalqın azadlıq səsini ucaltdığı, suverenliyi və azadlığı uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix kimi də yad edilməkdədir. Bayrağımızla birlikdə yaşamaq sevincimizdir. Bayraq bir millətin azadlığının göstəricisidir. Dövlət Bayrağı Günü münasibətilə millətimizi təbrik edirəm. Millətimizin ortaq əsəri olan dövlətimizə sahib çıxmaq, ölkəmizin və millətimizin gələcəyi üçün çalışmaq və mübarizə etmək, gərəkdiyində fədakarlıq etmək hamımızın müştərək vəzifəsidir. Azərbaycan çox güclü dövlətdir və dünyada xüsusi yer tutur. Allah bizə milli bayrağımızın altında anadan olmağı və ölməyi nəsib etsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” . Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev : “Biz bu bayrağı Şuşada, Qarabağda, Zəngəzurda ucaltdıq və bu, bizim əbədi Zəfərimizin simvoludur. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları Xilaskar Sərkərdə kimi öz adını tarixə qızıl hərflərlə yazdırdı.
Dövlət Bayrağı günümüz mübarək, bayrağımız hər zaman uca olsun! Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Yaşasın Azərbaycanımız!
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə fakültəsinin dekanı