Çağdaş tariximizin önəmli səhifəsi-Müstəqilliyin Bərpası Günü

18 oktyabr – Müstəqilliyin Bərpası Günü

Azərbaycan dövləti öz tarixinin ən şərəfli səhifələrindən biri olan dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd edir. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələri tarix boyu müstəqillik ideyasına sarsılmaz sədaqətini nümayiş etdirmişdir. XX əsrin sonunda Sovet İttifaqının dağılması ilə yaranmış yeni geosiyasi şərait xalqımıza bir daha öz müstəqil dövlətini qurmaq imkanı vermişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” bu prosesin hüquqi əsasını formalaşdırdı və Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu sənəd ölkəmizin beynəlxalq hüququn subyekti kimi tanınmasının, siyasi, iqtisadi və mədəni həyatında yeni mərhələnin başlanmasının rəmzinə çevrildi.Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründən başlanır. AXC cəmi 23 ay yaşasa da, onun qəbul etdiyi qərarlar — dövlət dili, atributlar, milli ordu, təhsil və parlament sistemi — müstəqil dövlətçiliyin bünövrəsini qoydu. 1920-ci ildə Cümhuriyyətin süqutu müstəqillik ideyasını xalqın yaddaşından silə bilmədi.

1980–1990-cı illərin sonlarında SSRİ-də baş verən siyasi dəyişikliklər, “perestroyka” və “qlasnost” siyasəti çərçivəsində milli azadlıq hərəkatı gücləndi. 1988-ci ildən başlayan Qarabağ hadisələri Azərbaycanın milli birliyini möhkəmləndirdi və xalqın azadlıq arzularını reallaşdırmağa yönəltdi. 1990-cı il 20 Yanvar faciəsi isə bu mübarizəni daha da dərinləşdirdi. Sovet ordusunun törətdiyi qətliam Azərbaycan xalqında imperiya rejiminə qarşı dərin nifrət yaratdı və müstəqillik ideyasını ümummilli məqsədə çevirdi.

1991-ci ilin oktyabrında SSRİ-nin süqutu artıq qaçılmaz xarakter almışdı. İttifaqın siyasi, iqtisadi və ideoloji sisteminin dağılması, milli respublikalarda mərkəzi hakimiyyətə qarşı artan narazılıqlar və suverenlik tələbləri postsovet məkanında yeni dövlətlərin yaranması prosesini sürətləndirdi. Məhz belə bir tarixi şəraitdə, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bu sənəd Azərbaycan xalqının on illərlə davam edən azadlıq mübarizəsinin məntiqi nəticəsi, eyni zamanda 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisliyinin rəsmi təsdiqi idi. Aktın giriş hissəsində xüsusi vurğulanırdı ki, Azərbaycan dövləti Cümhuriyyətin varisi kimi 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində zorla ləğv edilmiş müstəqilliyini bərpa edir. Bu, tarixi ədalətin bərpası, milli suverenliyin bərpa olunması və xalqın öz taleyinə sahib çıxmaq hüququnun beynəlxalq hüquq normaları çərçivəsində təsdiqlənməsi demək idi. Beləliklə, 18 oktyabr təkcə bir siyasi aktın qəbul olunduğu gün deyil, həm də əsrlər boyu müstəqillik ideyasını qoruyub saxlamış bir xalqın tarixi qələbəsinin simvoluna çevrildi.

Aktın 2-ci maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan olundu, 3-cü maddədə isə ölkənin ərazisinin bölünməzliyi və sərhədlərin toxunulmazlığı təsbit edildi. Bu sənəd Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsas hüquqi bazasını yaratdı.

1991-ci ilin dekabrında keçirilmiş ümumxalq referendumu Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı qərarın ən ali demokratik təsdiqi oldu. Bu referendum xalqın öz taleyini müəyyən etmək hüququnun parlaq təzahürü idi. Səsvermə zamanı seçicilərin mütləq əksəriyyəti — demək olar ki, bütün iştirakçılar — “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsini istəyirsinizmi?” sualına qəti şəkildə “bəli” cavabı verdi. Bu nəticə xalqın vahid mövqeyini, azadlıq və suverenlik arzularının dərinliyini, həmçinin milli həmrəyliyin yüksək səviyyəsini nümayiş etdirdi. Referendumun nəticələri beynəlxalq aləmdə də Azərbaycanın müstəqil dövlət kimi tanınmasına mühüm hüquqi və siyasi əsas yaratdı. Beləliklə, Azərbaycan xalqının iradəsi təkcə siyasi qərarla deyil, ümumxalq səsverməsi ilə də təsdiqlənərək, dövlət müstəqilliyi ideyasını dönməz və hüquqi reallığa çevirdi. Bu hadisə müstəqil dövlət quruculuğunun başlanğıc nöqtəsi kimi milli tariximizdə xüsusi əhəmiyyət daşıyır.

Müstəqilliyin ilk illəri Azərbaycan üçün son dərəcə mürəkkəb və gərgin keçdi. Ölkə iqtisadi tənəzzül, siyasi sabitliyin pozulması, xarici təzyiqlər və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qaldı.   Xüsusilə Qarabağ müharibəsindəki itkilər, məcburi köçkün axını və iqtisadi blokada vəziyyəti ölkəni dərin böhrana salmışdı.

1993-cü ildə ölkədə dərin siyasi böhran və vətəndaş qarşıdurması şəraitində xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçiliyinin xilasında həlledici rol oynadı. Həmin dövrdə müstəqilliyin itirilməsi real təhlükə halına gəlmiş, ölkə iqtisadi, hərbi və sosial cəhətdən ciddi tənəzzülə uğramışdı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi zəkası və dövlətçilik təcrübəsi sayəsində qısa müddətdə daxili sabitlik bərpa olundu, dövlət idarəetməsi mərkəzləşdirildi və ordu quruculuğu istiqamətində əsaslı islahatlar həyata keçirildi. Ulu Öndər Heydər Əliyev ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinə əsaslanan yeni siyasi kurs müəyyən etdi. Bunun nəticəsində müstəqilliyin qorunması, iqtisadi inkişafın təmin olunması və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması istiqamətində fundamental addımlar atıldı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası isə bu siyasətin hüquqi təməl daşı kimi çıxış edərək dövlətin suverenliyini, demokratik quruluşunu və insan hüquqlarının qorunmasını təmin edən əsas qanuna çevrildi. Beləliklə,  Ümummilli Lider  Heydər Əliyevin rəhbərliyi altında formalaşan strateji xətt Azərbaycanın dövlət müstəqilliyini yalnız qorumaqla kifayətlənmədi, onun dönməzliyini və davamlı inkişafını təmin edən ideoloji-siyasi bazanı yaratdı.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi suverenliyinin təminində dönüş yaratdı. Neft strategiyası təkcə iqtisadi artımı deyil, həm də ölkənin beynəlxalq aləmdə siyasi nüfuzunu artırdı. 1995–2003-cü illər arasında Azərbaycan iqtisadiyyatı sabit inkişaf yoluna qədəm qoydu, beynəlxalq təşkilatlarla əlaqələr genişləndi və xarici sərmayə axını təmin olundu.

Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsinin əsas mahiyyəti “müstəqilliyi qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək” prinsipi idi. Onun dövlətçilik irsi bu gün də Azərbaycan siyasi sisteminin ideoloji bünövrəsini təşkil edir.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqilliyini yeni – müasir inkişaf mərhələsinə yüksəltmişdir. Ölkənin iqtisadi, hərbi və diplomatik potensialı artmış, beynəlxalq müstəvidə Azərbaycanın nüfuzu daha da möhkəmlənmişdir.İlham Əliyevin həyata keçirdiyi milli modernləşmə siyasəti və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi müstəqilliyin davamlı inkişaf konsepsiyasını müəyyən edir. Neft gəlirlərinin səmərəli idarə olunması, infrastruktur layihələrinin icrası, qeyri-neft sektorunun inkişafı və sosial rifahın yüksəldilməsi milli müstəqilliyin iqtisadi dayaqlarını gücləndirmişdir.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycan Respublikasının siyasi iradəsinin, hərbi gücünün və milli birliyinin təntənəsi kimi tarixə düşdü. Bu Qələbə yalnız Ermənistanın təcavüzkar siyasətinə son qoymaqla kifayətlənmədi, həm də Azərbaycanın siyasi və hərbi müstəqilliyinin real təcəssümünə çevrildi. Otuz ilə yaxın davam edən işğala son qoyulması nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü bərpa olundu, xalqın tarixi ədalətə və milli ləyaqətə inamı yenidən təsdiqləndi. Müharibə dövründə Prezident İlham Əliyevin qətiyyətli liderliyi, diplomatik məharəti və strateji düşüncəsi Azərbaycanın müstəqil qərarvermə qabiliyyətini nümayiş etdirdi. O, döyüş meydanında qazanılan uğurlarla paralel olaraq, informasiya və diplomatik cəbhədə də müstəqilliyin gücünü bütün dünyaya göstərdi. Prezidentin “Biz müstəqil dövlət kimi qalmaq üçün güclü olmalıyıq” fikri bu dövrün əsas ideoloji istiqamətinə çevrildi və Azərbaycanın gələcək inkişaf strategiyasının mahiyyətini ifadə etdi. Beləliklə, 2020-ci il Qələbəsi təkcə hərbi uğur deyil, həm də müstəqil dövlətin öz torpaqlarını azad etmə gücünə malik olduğunu sübut edən tarixi hadisə kimi milli müstəqillik tarixində yeni mərhələ açdı.

Müstəqillik yalnız siyasi və iqtisadi kateqoriya deyil, eyni zamanda milli kimlik, azadlıq və məsuliyyət anlayışlarının sintezidir. Azərbaycan gəncliyi üçün müstəqillik ideyası artıq mübarizə obyekti deyil, qorunmalı mənəvi dəyərdir.Müstəqil Azərbaycanın uğurları – BMT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatında fəal mövqe, beynəlxalq enerji layihələrində lider statusu, COP29 kimi qlobal tədbirlərin ev sahibliyi – dövlət müstəqilliyinin real nəticələrini əks etdirir.Bu gün müstəqilliyin qorunması təkcə siyasi elita deyil, cəmiyyətin bütün təbəqələrinin vəzifəsidir. Xüsusilə gənclər arasında milli ideologiyanın gücləndirilməsi, vətənpərvərlik ruhunun aşılanması və milli dəyərlərin təbliği bu mənəvi məsuliyyətin əsas istiqamətləridir.

1991-ci il 18 oktyabr Azərbaycan xalqının azadlıq arzularının reallaşdığı, milli dövlətçiliyin bərpa olunduğu tarixi gündür. Bu tarix təkcə siyasi hadisə deyil, həm də milli kimliyimizin, mənəvi dirçəlişimizin və müasir Azərbaycanın mövcudluğunun rəmzidir. Ümummilli Lider Heydər Əliyev dövründə formalaşan sabitlik və  Azərbaycan Respublikasının Prezidenti cənab   İlham Əliyev dövründə təmin edilən inkişaf bu müstəqilliyi dayanıqlı və dönməz etmişdir. XXI əsrdə Azərbaycan artıq regionda sülh, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq mərkəzi kimi çıxış edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu. Azərbaycan xalqıının şanlı tarixində yeni bir dönəmin qapılarını açan və millətimizə yeni bir vətən ,yeni bir istiqbal qazandıran Dövlət Müstəqilliyi Gününü qürurla idrak edirik. Respublikamız və müstəqilliyimiz bizim göz bəbəyimizdir. Azərbaycan xalqı , istiqlalına və gələcəyinə qəsd edən işğalçılara qarşı başlatdığı Qurtuluş Döyüşünü, tarixdə bənzəri görülməmiş bir qəhramanlıqla zəfərlə tac etmişdir. Müstəqilliyin Bərpası Günü elə bir tarixi andır ki, küllərindən yenidən doğub və müqəddəs iradəsiylə bir millətin istiqlal addımı və istiqbal hərəkətidir. Bu gün Azərbaycan Respublikasının şanlı, şərəfli Dövlət Bayrağı mavi göylərdə dalğalanmaqdadır. Dövr aldığımız bu dəyərli mirası eyni yüksək ruh ve şuurla hər keçən gün daha da güçləndirməliyik. Azərbaycan müasir dünya dövlətləri içində haqq etdiyi hörməti dünyaya çatdırmaq üçün lazım olan iradəni hər zaman ortaya qoymuşdur. Azərbaycan bü gün demokratik inkişaf və iqtisadi yüksəlməsiylə birlikdə regiona sabitlik və rifah ixrac edən bir ölkə halına gəlmışdir. Millətimizin ortaq əsəri olan dövlətimizə sahib çıxmaq, ölkəmizin və millətimizin gələcəyi üçün çalışmaq və mübarizə etmək, lazım gəldiyində fədakarlıq etmək hamımızn müştərək vəzifəsidir. Daxildə və xaricdə dövlətimizin, millətimizin, vətənimizin birliyinə, bütövlüyünə, bekasına qəsd etməyə qalxanlara heç bir şəkildə icazə verilməyəcək, Azərbaycan Respublikası əbədi payidar olacaq. Quruluş fəlsəfəmizə həyat verən iradə dimdik ayaqdadır. Dövlətimiz , milyonlarca vətandaşımızın ortaq iradəsiylə bu torpaqlara daha sağlam daha dərin kök salmışdır. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Əziz millətimiz, ölkəmizə qəsd etmək istəyənlərə, imperialist güclərə qarşı birlik və bərabərlik içində heç bir zaman keçid verməmişdir. Birlik ruhumuz , fəsad nöqtələrinin bütün tələlərini başlarına yıxacaqdır. Birliyimizə, bərabərliyimizə ,vətənimizə,istiqlalımıza , istiqbalımıza, istiqrarımıza , gələcəyimizə qəsd edən heç bir terror fəaliyəti, darbə təşəbbüsü , finans və media hücumları hədəfinə çatmayacaqdır.

Azərbaycan Respublikası 21. əsrə damğasını vuracaqdır. Azərbaycan daim xoşbəxt, müvəffəqiyyətli, zəfərli olacaq, yaşayacaq və yaşadacaqdır Azərbaycan əbədiyyətə qədər var olacaq və tam müstəqil yaşayacaq.
Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Var olsun müdrik Prezidentimiz! Var olsun Azərbaycan xalqı! Var olsun Azərbaycan Ordusu! Bu gün Azərbaycan xalqının hər bir fərdi Sizinlə fəxr edir və millətimiz Prezidentimizə, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq! Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
Şəhidlərimizin Müstəqilliyimiz milli sərvətimizdir! Müstəqilliyimiz şöhrətimizdir! Müstəqilliyimiz gürurumuzdur! Müstəqilliyimiz mənliyimizdir, kimliyimizdir, mövcudluğumuzdur! Müstəqillik milli ruhun tərcümanı və milli mübarizə əzminin mübarək əsəridir. 2025-cü il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34 ili tamam olur. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 34 illiyini qeyd edir. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günüdür. 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü, millət olaraq istiqlalımız, istiqbalımız və istiqrarımız üçün verdiyimiz böyük mübarizənin adıdır. Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34 illiyinə çatmağın böyük qürurunu və müstəsna dəyərini layiqli milli qürurla dərk edirik. Azərbaycan xalqıının şanlı tarixində yeni bir dönəmin qapılarını açan və millətimizə yeni bir vətən ,yeni bir istiqbal qazandıran Dövlət Müstəqilliyi Gününü qürurla idrak edirik. Respublikamız və müstəqilliyimiz bizim göz bəbəyimizdir. Azərbaycan xalqı , istiqlalına və gələcəyinə qəsd edən işğalçılara qarşı başlatdığı Qurtuluş Döyüşünü, tarixdə bənzəri görülməmiş bir qəhramanlıqla zəfərlə tac etmişdir. Müstəqilliyin Bərpası Günü elə bir tarixi andır ki, küllərindən yenidən doğub və müqəddəs iradəsiylə bir millətin istiqlal addımı və istiqbal hərəkətidir. Bu gün Azərbaycan Respublikasının şanlı, şərəfli Dövlət Bayrağı mavi göylərdə dalğalanmaqdadır. Dövr aldığımız bu dəyərli mirası eyni yüksək ruh ve şuurla hər keçən gün daha da güçləndirməliyik. Azərbaycan müasir dünya dövlətləri içində haqq etdiyi hörməti dünyaya çatdırmaq üçün lazım olan iradəni hər zaman ortaya qoymuşdur. Azərbaycan bü gün demokratik inkişaf və iqtisadi yüksəlməsiylə birlikdə regiona sabitlik və rifah ixrac edən bir ölkə halına gəlmışdir. Millətimizin ortaq əsəri olan dövlətimizə sahib çıxmaq, ölkəmizin və millətimizin gələcəyi üçün çalışmaq və mübarizə etmək, lazım gəldiyində fədakarlıq etmək hamımızn müştərək vəzifəsidir. Daxildə və xaricdə dövlətimizin, millətimizin, vətənimizin birliyinə, bütövlüyünə, bekasına qəsd etməyə qalxanlara heç bir şəkildə icazə verilməyəcək, Azərbaycan Respublikası əbədi payidar olacaq. Quruluş fəlsəfəmizə həyat verən iradə dimdik ayaqdadır. Dövlətimiz , milyonlarca vətandaşımızın ortaq iradəsiylə bu torpaqlara daha sağlam daha dərin kök salmışdır. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Əziz millətimiz, ölkəmizə qəsd etmək istəyənlərə, imperialist güclərə qarşı birlik və bərabərlik içində heç bir zaman keçid verməmişdir. Birlik ruhumuz , fəsad nöqtələrinin bütün tələlərini başlarına yıxacaqdır. Birliyimizə, bərabərliyimizə ,vətənimizə,istiqlalımıza , istiqbalımıza, istiqrarımıza , gələcəyimizə qəsd edən heç bir terror fəaliyəti, darbə təşəbbüsü , finans və media hücumları hədəfinə çatmayacaqdır. Azərbaycan Respublikası 21. əsrə damğasını vuracaqdır. Azərbaycan daim xoşbəxt, müvəffəqiyyətli, zəfərli olacaq, yaşayacaq və yaşadacaqdır Azərbaycan əbədiyyətə qədər var olacaq və tam müstəqil yaşayacaq. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Var olsun müdrik Prezidentimiz! Var olsun Azərbaycan xalqı! Var olsun Azərbaycan Ordusu! Bu gün Azərbaycan xalqının hər bir fərdi Sizinlə fəxr edir və millətimiz Prezidentimizə, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq! Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.   Dövlət Müstəqilliyi Günü hər bir azərbaycanlı üçün sadəcə təqvim tarixi deyil, azad yaşamaq hüququnun, milli birliyin və gələcəyə inamın təntənəsidir.  Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir! Milli mübarizədə, yaxın və ya uzaq tariximizdə vətənimiz, millətimiz və bayrağımız ücün şəhid olmuş bütün qəhrəmanlarımıza  Allahdan rəhmət diləyirəm Qarabağ Azərbaycandır!

s.e.f.d., dos. Murtəza Həsənoğlu,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

Siyasi İdarəetmə fakültəsinin dekanı