Minayə müəllim uzun illər gənc nəslin təlim-tərbiyəsinə özünün ədəb-ərkanı ilə nümunə olmuş,ömrünün ən gözəl çağlarını sevimli şagirdlərinə həsr etmiş pedaqoqlardandır desək yanılmarıq. Çünki Minayə müəllimi tanımayan az adam olar.Bu gün də Minayə müəllim təqaüddə olmasına baxmayaraq hər zaman böyük sevgi ilə tanınır.
“Müəllim-günü” ərəfəsində Minayə müəllimlə görüşüb həmsöhbət olduq.
Ömrünü şagirdlərinə həsr edən müəllimlər təqaüdə çıxdıqdan sonra axtarılanda,yada salınanda çox kövrəkləşirlər,sevinirlər.Heç olmasa həmişə olmasada ildə bir dəfə də bu kateqoriyadan olan insanlar xatırlanmalı,yada salınmalıdır. Əsl müəlllim,əsl öyrədən kimdir?
Əsl müəllim şagirdləri üçün şam kimi əriyən insandır. Müəllim,öyrədən,öyrətmən… bu sadə sözün arxasında böyük məna dayanır. Peşələrin ən çətini, ən məsuliyyətlisi və ən şərəflisi məhz müəllimlikdir. Hər birimizdə müəllimlərimizdən zərrələr var – onlar zaman-zaman gözünün nurunu, qəlbinin hərarətini, könlünün istisini bizə verirlər. Müəllim təkcə bilik öyrətmir. Bəzən qayğıkeş ana,nənə və dost olaraq insanın sirdaşı olur. Belə müəllimlərdən biri – 79 illik həyatının 50 ilini sevə-sevə bu peşəyə həsr edən və bütün yetirmələrinin sevimlisi olan Mingəçevir şəhər sakini Minayə Məmmədovadır. 50 illik pedaqoji fəaliyyəti dövründə Mingəçevirdə yüzlərlə gəncin yetişməsində, vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında Minayə müəllimin rolu danılmazdır. Bu gün də gənclərdən öz tövsiyələrini, dəyərli məsləhətlərini əsirgəmir o. 50 illik pedoqoji fəaliyyətdən sonra təqaüdə çıxan Minayə Məmmədova özünə bir çox sevimli peşə tapır.Yəni boş vaxtlarını dəyərləndirmək üçün müxtəlif əl işləri,güllərə qulluq,təqaüddə olan müəllimlərlə maraqlı gəzintilər Minayə müəlliməni darıxmağa qoymur.
Aqillər yaxş deyib: “Ziyankar o kəsdir ki,anbaan ömrünü əldən verir”.Amma Minayə müəllim ömrünün 3-cü baharında da daha faydalı iş görməyi özünə borc bilir.Belə ki,”Yaşa mərkəzi”nə üzv olan xanım görənləri öz yaratdığı əl işləri ilə heyran qoya bilib.Onun bu yaşda hazırladığı əl işləri özünün dediyi kimi nənə,babalarımızın vaxtilə ərsəyə gətirdikləri,quramalar,tikmələr,rəsmləri indi də onlar davamçılarıdır deyir. Bu gün Minayə müəllimlə həmsöhbət olarkən onun daha bir maraqlı məşğuliyyəti ilə tanış olduq.Belə ki,yaşadığı binanın blokunu sevimli 100-dən artıq gülləri ilə bəzəyib,onlara xüsusi qulluq göstərir.

Bir maraqlı anıda yaşadıq.Sən demə bu güəllərə həvəs ona dünyasını dəyişmiş anasından qalıb. Minayə müəllim deyir ki,anasının adı Güllü xanım olub və o anasını həmişə bu güllərin içərisində gördüyünü də deyir. Minayə müəllim digər boş vaxtlarını Mingəçevir Texniki və Humanitar fənlər liseyində liseyin təqaüddə olan müəllimləri üçün yaradılan qrupla keçirdiyini bildirdi.
Qeyd edək ki,Minayə müəllimənin yaradıcılığı bununla bitmir. O,təhsildə işlədiyi dövrlərdə də bir çox uğurlara imza atıb.Baş müəllim, qabaqcıl maarif xadimi döş nişanı, 25-30-dan artıq fəxri fərmanlar,setifikatlarla təltif olunub.
Minayə müəllimlə söhbət əsnasında onu da bildirdi ki,bu yaşında olsa da bu işlər onu yormur,əksinə daha da gördüyü işlərdən zövq alır. Bütün bunların fonunda gəldiyimiz qənaət odur ki,insan hansı yaşda olur olsun,həvəs,istək olarsa insan dağı-dağ üstə qoymağa qadirdir. Halal olsun belə xanımlarımıza.Deməli,yaratmaq üçün yaşamaq, yaxşıdan yaxşı götürmək, əldə etdiklərini, qazandıqlarını paylaşmaq lazımdır.
Biz də redaksiya olaraq öz növbəmizdə Minayə müəlliməyə uzun ömür,can sağlığı və yaradıcılığını davam etdirmək üçün tükənməz enerji arzulayırıq.
Daha ətraflı video-çarxda.

Esmira Hidayətova,Mingəçevir.