Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı bir sıra məqamlara toxunub.
Dövlət başçısı qeyd edib ki, Zəngəzurda nəqliyyat yolundan danışanda təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşməsindən danışmırıq:“Söhbət beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizindən gedir”.