Bu rayondakı yas mərasimində kütləvi zəhərlənmə baş verib

Bərdədə yas mərasimində kütləvi zəhərlənmə qeydə alınıb.

Hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. Hadisə nəticəsində 10 nəfərdən çox şəxs ürəkbulanma, halsızlıq şikayətlərilə Bərdə mərkəzi xəstəxanasına müraciət ediblər. Əl edilən məlumata görə zəhərlənən şəxslər yaxınları Ədalət Hüseynovun yas mərasiminə gələnlər olub. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 1 nəfər xəstəxanada saxlanılaraq qalanları evə buraxılıblar .

Zəhərlənənlərin adları:

-Qasımov Raul Səbuhi oğlu, 08 06 2018. Həsənqaya kənd sakini, Dəm qazı zəhərlənməsi

-Qasımova Şəlalə Sultan qızı, 28 06 1960. Həsənqaya kənd sakini, Dəm qazı zəhərlənməsi

-Hüseyinova Məhbubə Fəqan qızı, 27 06 1993.Həsənqaya kənd sakini, Dəm qazı zəhərlənməsi

-Hüseyinova Gülnaz Nəzər qızı, 30 03 1965.Həsənqaya kənd sakini, Dəm qazı zəhərlənməsi

-Cabbarov Elcan Şamo oğlu 06 01 2010.Həsənqaya kənd sakini, Dəm qazı zəhərlənməsi

-Hüseyinova Əsmər Əfqan qızı 25 08 1986.Sumqayıt sakini, Dəm qazı zəhərlənməsi

-Qasımova Samirə Qabil qızı 09 01 1989.Həsənqaya kənd sakini, Dəm qazı zəhərlənməsi

-Hüseyinova Nəzakət Tapdıq qızı 27 03 1978.Həsənqaya kənd sakini, Dəm qazı zəhərlənməsi

-Qəmbərova Yasəmən Ədalət qızı 23 04 1987.Həsənqaya kənd sakini, Dəm qazı zəhərlənməsi

Faktla baglı müvafiq qaydada araşdırma aparılır

 

/Daşqın Güneyli/