Bərdədə dəhşətli qəza can aldı-FOTO

Bərdədə qəza zamanı sürücü ölüb, sərnişinlər ağır xəsarət alıb.

Kanal32.az xəbər verir ki,hadisə rayonun Cəyirli kəndində baş verib. Rayon sakini 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu idarə etdiyi “Lada” Priora markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü Binnət İsgəndərov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin, onun qardaşı İsgəndərov Davud Taleh oğlu və Allahverdiyev Elmir Nəcəf oğlu isə  ağır xəsarət alıb. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı müvafiq qaydada araşdırma aparılır

Esmira Hidayətova