“Valideynlərimi bu adamlar öldürüb və…”-Badamxanım Raufi-ŞOK VİDEO+FOTOLAR

Kanadanın Toronto şəhərində yaşayan soydaşımız,bir vaxtlar Bakı şəhərində yaşayan Raufi badamxanım Lətif qızı “Kanal32”nin redaksiyasına həm məktub, həm də videomüraciət ünvanlayıb.

Olduqca ciddi iddiaların yer aldığı həmin müraciətləri olduğu kimi tədim edirik:

Kanal32.az saytının redaksiyasına

Sizi uzaq Kanadadan narahat edirəm. Neçə ildir ki, mən atamın və anamım öldürülməsi dərdi və qisası ilə yaşayıram. Atamla anamı qardaşım və gəlinimiz evini ələ keçirtmək məqsədi ilə öldürüblər. Hazırda Kanadada   yaşayıram   əslən Bakıdanam. Bakıya gəlib-gedirəm. Mən Badamxanım  Lətif qızı Raufi    atam və anam qardaşım  Soltan Xəlilovun arvadı Zəhra və onunla əlbir olan bir qrup şəxs tərəfindən öldürülməsi ilə bağlı Sizə məlumat verməklə  həqiqətin yerini tapması, günahakarların cəzalnaması məsələsində mənə yardımçı olmağınızı xahiş edirəm.

Məlumat üçün bildirim ki,atam   Xəlilov  Lətif  Sədiyar bəy oğlu 18 may 1918-ci ildə Göyçay şəhərində  anadan olub . II Dünya müharibəsi iştirakçısı və müharibə əlili olub. Atam  Bakıda Adil İsgəndərov küçəsi, bina № 4 blok  1, mənzil  6,  3-cü mərtəbə anam   Xəlilova Zəkiyyə  Əhməd qızı ( təvəllüdü 2 may 1920-ci il Bakı) və qardaşım Soltan Xəlilovla birgə yaşayırdılar.  Qardaşım Soltan Xəlilov Zəhra adlı qadınla evləndikdən sonra qara günlərimiz başladı. Evimizdən dava əskik olmurdu. Hər gün evdə mənzil  davası gedirdi. 1991-ci ilin yay ayında gəlinimiz Zəhra Xəlilova atam yəni öz qaynatası Lətif Xəlilovu  evdə anamın gözləri qarşısında vəhşicəsinə döyərək ona  ağır bədən xəsarətləri yetirib nəticədə atamın beyninə qan sızmışdı.  Bundan sonra onu Semaşko adına xəstəxanaya göndərmişdilər. Zəhragil xəstəxanaya tapşırmışdılar ki,  atama  baxmasınlar orada  ölsün. Mən gedib atamı Semaşko adına xəstəxananın zirzəmisində baxımsız vəziyyətdə tapdım.  O, ölümcül vəziyyətdə idi.

Foto: Lətif Xəlilov

Zəhra o vaxtı Politexnik İnstitunda dekan vəzifəsində işləyən bir şəxsin katibəsi işləyirdi. Bütün cinayətlərini onun köməkliyi və dəstəyi ilə həyata keçirdi.  Anam hadisənin şahidi olduğu üçün mənə atamın döyülməsini  Zəhragilin etməsini danışdı.  Atam isə iflic olduğu üçün uzun müddət danışa bilmədi o bir müddət müalicədən  sonra danışa bildi və onu Zəhranın döyməsini təsdiqlədi. Artıq Zəhra mənim qorxumdan qaçmışdı. Mən polisə müraciət etdim lakin Zəhranın Politexnik İnstitundakı “dostu” cinayət işinin başlanmasına imkan vermədi. Atamı üst-üstə 4 dəfə iflic vurdu.  Nəhayət  18 iyun 1992-ci il tarixində atam dünyasını dəyişdi.

Atam öləndə əlimdən tutdu dedi ki, balam mənim qanımı yerdə qoyma! Qanımı yerdə qoysan çörəyimi sənə halal etmərəm.

Onu da qeyd edim ki,  qaradşım Soltan oğluna atamın adını qoymuşdu ancaq atam heç cür istəmirdi ki onun oğlu bu adı daşısın.

Atamın ölümündən sonra  mən anama qarşı olan təhlükəni hiss etdiyim üçün anamı  28 may metrosunun yaxınlığında yerləşən öz mənzilimə apardım. Artıq mənim qarşımda iki məqsəd var idi. Atamın qatillərini cəzalandırmaq və anamın həyatını qorumaq.

Foto: Badamxanımın anası

Mən bir müddət anamı yanımda saxladım,   lakin o vaxtaşırı  öz evinə getmək istəyirdi  nəhayət 23 sentyabr 1994-cü il tarixində anam mənə bildirdi ki, o qardaşım Soltanın taleyindən çox narahatdır və şəhərdə A.İsgəndərov  küçəsində yerləşən mənzilimizə getmək istəyirdi. Bundan sonra anam şəhərdəki mənzilə getdi. O, gecə saat 12.00-da anam mənə zəng vurub həyacanlı səslə gəlini Zəhra anası Böyükxanım, xalası Ədilə və xalasının iki adını bilmədiyim qızlar birləşib Solatanı döyürlər. Anamın bu zəngindən sonra biz, mən həyat yoldaşım Əbdülhəq və iki oğlum  Nihad və Fərhad eyni zamanda bacım Svetlana Məmmədova və həyat yoldaşı Tamerlan Məmmədov anamın olduğu mənzilə doğru  hərəkət etməyə başladıq. Bacım Svetlana məndən qabaq hadisə yerinə çatmışdı. Zəhranın bandası  qaradşım Soltanı döydükdən sonra anama hücum edərək onu  vəhşicəsinə döyüblər. Onlar anamım  xırıldadığını  görüb,  öldü bilib  çıxıb qaçmışdılar. Biz binanın həyətinə çatanda adıçəkilən şəxslər Politexnik İnstitunun dekanının ağ rəngli avtomobilinə minərək qaçdılar. Mən otağa daxil olanda anamı halsız vəziyyətdə yerdə qaldığını gördüm, onun  yolunmuş saçlarını yerdən topladım. Sonra tez təcili yardım çağırdım. Təcili yardım həkimləri anama infakt  diaqnozu qoydular. Sonra onu Kardialogiya İnstitutuna apardılar. Mən də anamla getdim. Sonra bildim ki, anam xəstəxanada qaldığı müddətdə Soltan bizim hərkətlərimiz barədə arvadı Zəhraya məlumat verirmiş. Bir həftə xəstəxanada qalan anam     30 sentyabr 1994-cü il tarixində dünyasını dəyişdi.

Anam dünyasını dəyişdikdən sonra mənim demək olar ki,  pisixikam pozulmuşdur. Həyat yoldaşım mənim intiqam alacağımı hiss etdiyi üçün məni 1995-ci ilin  avqust ayında Kanadaya yola saldı.  Çünki hər iki ölümlə bağlı mənim hüquq mühafizə orqanlarına olan müraciətlərimin qarşısını Zəhranın Politexnik İnstitutunda işləyən “dostu” alırdı. Mən xaricə getdikdən sonra sənədlərimdə problem olduğu üçün Bakıya gələ bilmirdim. Nəhayət 2012-ci ildə oğlum Fərhad xərçəng xəstəliyindən  dünyasını dəyişəndən sonra  Bakıya gələ bildim. Mən Bakıya gələndə atamın ölmünə səbəb olmuş Zəhranı, onun xalasını və onun qızlarını  axtarıram.  Bu səbəbdən onlar mənim Bakıya gəlməyimi heç cür istəmirdilər.

Foto: Zəhra Xəlilova

Zəhra atamı və anamı öldürdükdən sonra onların evini 30 ildir ki, xarici vətəndaşlara  kirayə verirb küllü miqdarda pul əldə edib.  Həmin pullarla Zəhra özünə ev aldı. Zəhra həmin pullardan 17.000 (on yeddi min) manat  qardaşıma  verib ona əmr edir ki,  evdən pasport qeydiyyatından çıxsın. O, da qorxusundan dərhal əməl edir. O,  da Həzi Aslanov metrosunun üstündə 1 otaqlı ev alıb. Qardaşımın oğlu  Lətif  Qazaxıstanda gedir 2 aydan sonra  Bakıya qayıdıb evlənib və atamın evinə qeydiyyata düşüb. Atamın evinin kirayə pulları ilə gəlinimiz Pirşagada özünə və ərinə torpaq sahəsi alaraq orada özlərinə villa tikib, avtomobil alıb.  Sonra qardaşım  Soltanın gəlini Arzu Xəlilova  atamın evini  500 000 (beş yüz min) ABŞ dolarına satmaq qərarına gəliblər.  Eşidəndə ki mən Bakıya gəlirəm evi təcili saxta sənədlərlə 300 000 AZN  dolarına satıblar.

Badamxanım Lətif qızının  sözlərinə görə sözügedən mənzili makler vasiəti ilə  Moskvada yaşayan İsmayıl adlı iş adamına satıblar. İndi onlar mənim bu işi belə qoymayacağımdan çox narahatdılar. Onlar bilirlər ki, əlimdən qurtula bilməyəcəklər.  Atam və anamı dəfn edəndə mənzilin  açarı qardaşımda idi, bacımla bərabər evi açıblar bütün  sənədləri götürüblər. Atamın hərbi biletini və bəzi sənədləri isə cırıb korlayıblar. Mən onlardan evin sənədləri istədim vermədilər. Çünki sənədlər məndə olsaydı onlar mənzili saxta yolla öz adlarına keçirə bilməzdilər.  Mənim məqsədim ata ocağının çırağını yandırmaq idi. Arzu, Zəhra, Soltan, Lətif, Nəzrin  acgöz  qatildilər. Şübhəsiz ki, bu saxatakarlıqların baş tutmasında 57 saylı MİS  onlarla əlbir olub.

Foto: Zəhranın anası Böyükxanım

Badamxanım  Lətif qızı Raufi:   “ Anamı öldürən  7 nəfərdən 3 nəfər ölüb (xalası Ədilə, xalası qızı və Zəhranın anası Böyükxanım). Qardaşım Soltanı xərçəng xəstəliyi tutub, Atamın evini  satan qardaşım oğlu Lətif ,onun arvadı Arzu isə  sağdılar”.

Zəhra indi mənim ölməyimi gözləyir. Lakin mənim Allahdan arzumdur ki,  bu cinayətləri açım, atamın vəsiyyətinə əməl edim, valideynlərimin qatilləri cəzalandırılsın.

 Onu da qeyd edim ki,  vəkilim  Ülvi Nağıyev baş vermiş cinayət işi ilə bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Mən inanıram ki gec də olsa ədalət yerini tapacaq.  

Sizə müraciət etməklə həmçinin buradan cənab Prezident İlham Əliyevə və Birinici vitse-prezident xanım Mehriban Əliyevaya müraciət edərək bizim işimizi nəzarətə götürmələrini xahiş edirəm. Qoy bu qatillər cəzalandırılsın ki,  gələcəkdə bu cür hadislərin qarşısını alınsın.

 

 Hörmətlə, 

Badamxanım  Lətif qızı Raufi 

 22 dekabr  2024-cü il, Kanada  

Qeyd edək ki, barələrində iddialar səsləndirilən şəxslərin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı.Bütün hallarda onların mövqeyini işıqlandırmağa hazırıq.

Redaksiya olaraq onu da  bildiririk ki, müraciətlərdə yer alan fikirlər Badamxanım Raufiyə məxsusdur və bu fikirlərə görə Kanal32.az saytı heç bir məsuliyyət daşımır.

Kanal32.az