Azərbaycanlı futbolçunun düşdüyü dəhşətli qəza!-ANBAN VİDEO+FOTO

Kanal32.az xəbər verir ki,15 yaşlılardan ibarət Rusiya yğımasının futbolçusu əslən Zərdab rayonunun Məlikli kəndindən olan Hacıyev Arda Sadiq oğlu və əmisi Hacıyev Natiq Tapdıq oğlu onun atasının idarə etdiyi avtomobildə qəzaya düşüblər.

Hadisə Rusiya Federasiyasının Samara şəhərində baş verib. Qəza o qədər dəhşətli olub ki, hərkətdə olan avtomobil bir neçə metr havaya qalxaraq dəfələrlə aşıb. Sadəcə Tanrının möcüzəsi sayəsində avtomobildə olan futbolçu Arda Hacıyev,əmisi Natiq Hacıyev və atası Sadiq Hacıyev sağ qalıblar.Sadəcə Natiq Hacıyev hər iki çiynindən xəsarət alıb.

“Kanal32” özəl olaraq həmin qəzanın anban görüntülərini təqdim edir:

Məlumat üçün bildirək ki, Rusiyanın ən istedadlı futbolçularından sayılan 14 yaşlı Arda Hacıyev “Krılya Sovetov” futbol məktəbinin yetirməsidir. O, hazırda Moskvanın “Çertanovo” klubunda oynayır. Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayan Arda bu mövsüm keçirdiyi 28 oyunun 25-də əsas heydətdə meydana çıxıb,bir neçə məsuldar ötürmənin və 2 qolun müəllifi olub. Onun komandası keçirdiyi 28 oyunun 23-də qələbə qazanıb.

Onu da qeyd edək ki,məşhur “trasfermarket” saytı tərəfindən diqqətdə saxlanılan Arda Hacıyev Avropanın bir neçə aparıcı futbol klublarının (xüsusən Porto”nun)skautlarının da maraq dairəsindədir.

Vüsal Şirin

Kanal32.az