Sadiq Qurbanov Şəhid ailələrini ziyarət etdi, seçicilərlə görüşdü-FOTOLAR

1 sentyabrda ölkədə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 64 saylı Salyan seçki dairəsindən namizədi Sadiq Qurbanov seçicilərlə görüşlərini davam etdirir.

Kanal32.az namizədin “Facebook” səhifəsindəki paylaşımlarına istinadla xəbər verir ki, S.Qurbanov təbliğat-təşviqat kampaniyası çərçivəsində Salyanın Parça Xələc və Seyidan kəndlərinin seçiciləri ilə bir araya gəlib. “Ulu Öndər Heydər Əliyevin ideyaları, cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti xalqımız tərəfindən tam dəstəklənir. “Yeni dövrə Yeni Azərbaycanla” ideyasını dəstəkləyən 64 saylı Salyan seçki dairəsindən olan seçicilərimə göstərdikləri diqqət və səmimiyyətə görə bir daha dərin təşəkkürümü bildirirəm”, – o sosial şəbəkə hesabında yazıb.

Sadiq Qurbanov daha sonra rayonda şəhid ailələrinə baş çəkib, onların məzarlarını, ev muzeylərini ziyarət edib. Namizəd yazıb: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün. Düşməni diz çökdürən, bizə bu zəfər səlnaməsini yaşadan, qanından-canından keçən qəhrəman şəhidimiz və qazilərimiz oldu. Başımızı uca edən, Vətən uğrunda canını verən şəhidlərimizdən Salyan rayonunun İkinci Varlı, Gəncəli, Kürsəngi kənd sakinləri olan şəhid Emin Nəzərovun, Əlisahib Ələkbərovun, Əmrah Həmidov və Səməndər İmanovun ailələrini ziyarət etdik. Bütün şəhidlərimiz nur içində yatsın!.

 

Kanal32.az