Mingəçevir polisləri peşə bayramlarında bir araya gəldilər və…-FOTO

Hər il olduğu kimi bu il də Mingəçevirdə polis işçilərinin peşə bayramı qeyd olunub.

Tədbirdən öncə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, və veteran polislər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular, ulu öndərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib, onların unudulmaz və müqəddəs xatirələri yad edilib.

Polis şöbəsinin akt zalında davam edən tədbir himnimizin oxunması ilə başladı.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə ŞPŞ-nin rəisi,polis polkovniki Ədalət Əliyev açaraq Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun səmimi təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb. Rəis Azərbaycan polisinin həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etdiyini bildirdib. Asayişin keşiyində duran polis əməkdaşlarının səmərəli fəaliyyəti üçün ölkədə güclü maddi-texniki bazanın formalaşdırıldığını, polis və ictimaiyyət arasında yüksək inama və sıx əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi məqsədilə səmərəli tədbirlərin görüldüyünü diqqətə çatdırıb,Mingəçevir polisinin uğurlarındandanışıb.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov peşə bayramları münasibət ilə asayiş keşikçilərini təbrik edib.

Sonda bir qrup polis əməkdaşına polis orqanlarında nümunəvi xidmətlərinə görə və Azərbaycan polisinin yaranmasının 106 illiyi münasibəti ilə ŞPŞ və şəhər Mühafizə şöbəsinin polis əməkdaşları Mingəçevir şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib. Eləcədə xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib. Polis veteranlarına,şəhid polislərin ailə üzvülərinə fəxri fərman və hədiyylər təqdim olunub.

    

Esmira Hidayətova