Mingəçevir Dövlət Dram Teatrı daha bir yeniliyə imza atır-FOTO

Mingəçevir Dövlət Dram Teatrı fəaliyyətində yeniliklərini davam etdirir. 

Mingəçevir Dövlət Dram Teatrı fəaliyyət tarixində eyni saatda iki fərqli tamaşa oynamaqla yeni bir mərhələnin təməlini qoyur.

Belə ki, teatr 06 və 07 may tarixlərindən başlayaraq “Göyçək Fatma” və “Tıq-tıq xanım” tamaşalarını nümayiş etdirəcək.

Uşaqlar və aşağı sinif şagirdləri üçün hazırlanan tamaşalar, eyni gündə və saatda (30 dəqiqə fərqlə) teatrın həm böyük həm də kiçik zalında göstəriləcək.

Rəngarəng tərtibatı, geyimi, cəlbedici rejissor yozumu, baxımlı aktyor oyunu və oynaq musiqisi ilə seçilən bu tamaşalara baxmaq istəyənlər biletləri teatrın kassasından əldə edə bilərlər.

P.S. Yaxın gələcəkdə teatr daha fərqli layihələrin icrasını həyata keçirəcək.

Mingəçevir Dövlət Dram Teatrı daha bir yeniliyə imza atır-FOTO
Comments (0)
Add Comment