Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəldi-FOTO
İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.
Bu barədə Kanal32.az -a TƏBİB-dən xəbər verilib.
Doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qr., boyu 49 sm. olub.
Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
![](https://kanal32.az/wp-content/uploads/2024/04/xank-usaq-1024x683.jpg)
Qeyd edək ki, Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.