“Abral Academy” Təhsil Mərkəzindən möhtəşəm uğur-FOTOLAR

“Abral Academy”nin şagirdləri Dubayda keçiriləcək Dünya Olimpiadasına vəsiqə qazanıb.

Mingəçevir şəhərində fəaliyyət göstərən “Abral Academy”uğurları günü-gündən artmaqdadır. Yeri gəlmişkən “Abral Academy”nın təsisçisi və direktoru Tural Abdurahimov demişdi ki, fəaliyyətimizin ilk gündən başladığımız devizlə davam edirik. İki ildən artıq fəaliyyəti olan tədris mərkəzinin uğurları danılmazdır və biri-birini sırlamaqdadır.

Bu günlərdə bu uğurların sırasına daha bir müəllimin Alim Məmmədovun yetirmələri qatılıb. Əhmədli Ziya ən yüksək bal toplayaraq Kenquru Dünya Olimpiadasının final mərhələsinə yüksəlib.Zəhra isə Kopernik Dünya Olimpiadasında bürünc medal qazanaraq,Nyu-York Kolumbiya universitetində keçiriləcək Yay olimpiadasına vəsiqə qazanıb.

Eyni zamanda Zəhra İbrahimova Fiso Dünya Məntiq Olimpiadasından 3-cü yer tutaraq bürünc medal qazanıb. Zəhra və Nicat Dubayda keçiriləcək Dünya Olimpiadasına vəsiqə qazanıb.

Alim müəllim sevindirici anlar keçirdiyini bildirib. Zəhmətinin bəhrəsi olan şagirdləri ilə fəxr etdiyini deyir.

             

Esmira Hidayətova

"Abral Academy" Təhsil Mərkəzindən möhtəşəm uğur-FOTOLAR
Comments (0)
Add Comment