“Şahin” hərbi idman oyunlarının zona biriniciliyi kecirilib-FOTOLAR

Kür Olimpiya Tədris İdman Mərkəzində “Şahin” hərbi idman oyunlarının zona birinciliyi keçirilib .

Gənclərin vətənpərvərlik tərbiyəsinin artırılması ölkəmizdə hər zaman diqqət mərkəzində saxlanılır. Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin birgə təsis etdiyi Əsasnaməyə uyğun olaraq “Şahin” hərbi idman oyunlarının zona birinciliyi keçirilib.

Tədbir öncəsi torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərkəzi Aran Regional və Dağlıq Şirvan Gənclər və İdman İdarələrinin nəzdində olan 11 şəhər və rayonun 14 komandasının iştirak etdiyi mərasim ölkəmizdə vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə təşkilindın soraq verirdi. Mingəçevir şəhərini, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Zərdab, Göyçay, İsmayıllı, Qobustan, Şamaxı Ağsu rayonlarını təmsil edən komandaları, hər komanda 14 nəfər yeniyetmədən ibarətdir, mart ayında keçirilən şəhər və rayon birinciliklərində qalib gəliblər.

Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının, gənclərin, Vətən müharibəsi qazilərinin, qonaqların, mətbuat və ictimaiyyət nümayəndələrinin iştirak edib.

Mərasimi  Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov açaraq bildirib ki, “Şahin” hərbi idman oyunlarının keçirilməsi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin genişlənməsi ilə yanaşı sağlamlıqlarının da təminatına imkan yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı onlarda ruh yüksəkliyi yaradır, onlar vətənimizin ləyaqətli övladları olmağa çalışırlar.

Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev mərasim iştirakçılarına şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun salamlarını çatdıraraq Şahinlərə uğurlar arzuladı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfərdən danışaraq bu qələbənin hərbçilərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində qazanıldığını vurğuladı.

Vətənimizin qorunması, inkişaf etməsi naminə gənclərin mübariz və vətənpərvər ruhda böyüməsi, təhsil alması üşün dövlət başçısının göstərdiyi diqqət və qayğıdan, proqram xarakterli çıxışlarından bəhs etməklə iştirakçılara uğurlar arzuladı. Ölkəmizdə hərbi vətənpərvərlik tərbiyəsinin genişləndiyini, təhsil ocaqlarında bu ruhda tədbirlərin və yarışların keçirildiyini diqqətə çəkən Sahib Əliyev yeniyetmə və gənclərin hərbi sahəyə göstərdikləri həvəsdən də danışdı.

Sonra komandalar sıra ilə öz bacarıqlarını nümayiş etdirdilər.

Mingəçevir şəhərində keçirilən şəhər birinciliyinin qalibi İsmayıllı məktəbinin komandası olub.

Qeyd edək ki, Şahin hərbi idman oyunları hər il ölkəmizin bütün şəhər və rayonlarında olur. İlk olaraq mart ayında şəhər, rayon birinciliyi, aprel ayında zona birinciliyi və may ayında final olunları baş tutur. Bu il final oyunları may ayının 10-da Azərbaycanın Gənclər paytaxtı seçilən Lənkəran şəhərində keçiriləcək. Bu günkü yarışların qalibi də həmin yarışlarda iştirak etmək hüququ qazananıb.

   

Esmira Hidayətova

Leave a comment