“Bir raket belə İsrail torpaqlarına düşməyib”-İsrail ordusu

İran ordusunun dünən gecə İsrail istiqamətində buraxdığı yüzlərlə ballistik raket və PUA-ların heç biri İsrail torpaqlarına düşməyib.

KANAL32.az xəbər verir ki, İsrail ordusunun açıqlamasında belə deyilir.

İsrail ordusu bildirir ki, İranın raket və PUA-ları “güclü müharibə koalisiyası” tərəfindən məhv edilib. PUA-lardan cəmi 25-i İsrail səmasına daxil ola bilsə də, onlar da məhv edilib.