“Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək”-Komitə sədri-VİDEO

“Bu il ölkəmizdə prezident seçkiləri keçirilib. Eyni zamanda bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. İlin sonuna qədər isə bələdiyyə seçkiləri təşkil olunacaq”.

Kanal32.az Bizim.Media-ya istinadən  xəbər verir ki, bu fikirləri Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avronest Parlament Assambleyasının 11-ci sessiyası çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı səsləndirib.

“Açığı bizim gündəliyimiz olduqca zəngindir. Düşünürəm ki, biz diqqətimizi bu məsələlərə cəlb edəcəyik”, – deyə deputat əlavə edib.

Tahir Mirkişili həmçinin Azərbaycan üçün ən vacib məsələlərdən birinin Ermənistanla normallaşma prosesi olduğunu da iclas iştirakçılarının diqqətinə çatdırıb.

Bizim.Media

Leave a comment