203 min manatlıq mənimsəmə iddiasına rəsmi cavab verildi -FOTOLAR

Pərviz Rəşid oğlu Əsgərovun 203 min manatlıq mənimsəmə iddiasına rəsmi cavab verildi.

Qeyd edək ki,Kəlbəcərdən olan keçmiş məcburi köçkün Pərviz Rəşid oğlu Əsgərovun “Kanal32”yə müraciət edərək bildirmişdi ki, Mingəçevir şəhərində Su elektrik stansiyasında həyata keçirilən təmir-tikinti zamanı “YAPSAN” şirkətindən iş götürüb və bu günə kimi iş icraçısı kimi ona verilməli olan 86.000 manat əməkhaqqı və 117.000 manat isə tikinti materialı üçün vəsait  ödənilməyib.

Ancaq müraciətdə adı keçən Emin Qurbanov isə Pərviz Rəşid oğlu Əsgərovun fikirlərini əsassız hesab edir və bütün məsələlərin hüquqi müstəvidə aydınlaşdığını deyir. Məsələnin mahiyyətinin tam şəkildə nədən ibarət olduğunu və şikayətçinin səsləndirdiyi iddia ilə bağlı “Electro İndustries” QSC “Kanal32”yə rəsmi açıqlama göndərib.

Həmin açqılamanı olduğu kimi təqdim edirik:

Pərviz Rəşid oğlu Əsgərovun “Yapsan” MMC-nin  “Electro İndustries” QSC ilə müxtəlif işlərin icra olunması ilə əlaqədar  bağlanmış subpodrat müqaviləsi üzrə öhdəliklərinin müxtəlif təsirlərlə “Elektro İndustries” QSC tərəfindən yerinə yetirilməməsinə görə əmək haqqılarının ala bilməməsi barədə “Kanal 32”-yə müraciətləri ilə əlaqədar aşağıdakıları bildiririk:

  • 2016-cı ildən “Yapsan” MMC ilə   “Electro İndustries” QSC arasında bağlamış subpodrat müqavilələri üzrə ödənişləri tam aparılıb.
  • “Electro İndustries” QSC  ilə subpodratçı  “Yapsan” MMC arasında  13 mart 2019-cu il tarixli, Eİ-SPM-030/19 saylı müqavilə ilə əlaqədar tərəflər arasında məhkəmə çəkişməsi olmuşdur.  Bakı Kommersiya Məhkəməsinin  12.2022-ci il,  e-2-2(113)-241/2022 nömrəli  qətnaməsi ilə  “Yapsan” MMC-nin “Electro  İndustries” QSC-yə qarşı iddiası təmin edilməmiş, “Yapsan” MMC apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya  Məhkəməsinin 12.04.2023-cü il,  2-2(113)-342/2023 nömrəli qətnaməsi ilə “Yapsan” MMC   apellyasiya şikayəti  təmin olunmamışdır (Qətnamələrin surətləri əlavə edilir).

Diqqətinizə çatdırırıq ki, Pərviz Rəşid oğlu Əsgərovun  əsassız və yoxlanılmamış məlumatlarının saytlarınızda dərc olunması, ictimai asayişin pozulmasına yönələn çağırışlara saytınızda yer verməyinizə görə saytınız məsuliyyəti daşıyır.

Təqdim olunan sənədləri araşdıraraq təkzib verilməsini xahiş edirik. Əks halda şərəf və layəqətə böhtan atılması ilə əlaqədar hüquqi prosedurlara başlanılacaqdır.

Xahiş edirik, nəzərə alasınız.

Hörmətlə,

Emin Qurbanov, “Electro İndustries” QSC-nin direktoru          

 

P.S. Redaksiya olaraq “Electro İndustries” QSC-nin diqqətinə çatdırmaq istəyirik ki,Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinə(Məlumat azadlığı) görə Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Eyni zamanda İnformasiya əldə etmək haqqında AZƏRBAYCAN Respublikası Qanunun tələblərinə görə (Maddə 2.İnformasiya əldə etmək azadlığı)

2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.

2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

 

FOTOLAR: Məhkəmənin çıxardığı qətnamə və göndərilən rəsmi məktub                                  

Kanal32.az

Leave a comment