Tanınmış jurnalistə ağır itki üz verdi

Yevlax idmanının tanınmış siması,veteran futbolçu Həsən Abdullayev dekabrın 6-sı  səhər saatlarında dünyasını dəyişib.

Kanal32.az xəbər verir ki, Yevlax futbolunun inkişafına öz töhfəsini vermiş, vaxtilə “Yunçu”, “Avtomobilçi” klublarında top qovmuş və uşaq futbolu üzrə  məşqçisi olmuş Həsən Abdullayev tanınmış jurnalist Sənan Həsənoğlunun atasıdır.
71 yaşında dünyasını dəyişən Həsən Abdullayev uzun müddət Yevlaxda “Karvan” stadionun direktoru kimi çalışıb.
O, “El TV”  kanalında futbol eksperti kimi fəaliyyət göstəriridi. Pozitiv və gülərüz insan son günlər insultdan əziyyət çəkirdi.

Allah rəhmət eləsin!