Mingəçevirdə evdən çürümüş insan meyiti aşkarlanıb-VİDEO+FOTO

Mingəçevir şəhərində də mənzillərin birində çürümüş insan meyiti aşkarlanıb.

Hadisə şəhərin Puşkin küçəsi 12/2 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb.

Çağırış əsasında ünvana baxış keçirən FHN xilasediciləri bədəni və başı çürümüş kişi meyiti aşkarlayıblar. Müəyyən olunub ki, meyit 1964-cü il təvəllüdlü Hacıyev Zakir Zülfü oğluna məxsusdur. Taksi fəaliyyəti ilə məşğul olduğu bildirilən Z. Hacıyevin ölüm səbəbi aparılan ekspertizadan sonra məlum olacaq. Mərhumun qonşuları bildirib ki,10 gün olardı ki,həmin şəxs görünmürdü. Qonşular blokdan pis qoxu gəldiyini hiss etdikdən sonra aidiyyəti orqanlara məlumat veriblər.

Mərhum öz avtomobili ilə taksi xitməti ilə məşgul olurmuş və mənzildə tək yaşayırmış.

Faktla bağıə araşdırma başlanılıb.

 Esmira Hidayətova,

Mingəçevir

Leave a comment