2023-cü ildə Rusiyada Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin( sədr Bəxtiyar Həsənov) və Rusiya Azərbaycan Qadınları İctimai Birliyinin(sədr Xatirə Qəmbərova) birgə layihəsi olan- H.Əliyevin 100 illik Yubileyinə həsr olunmuş “Azərbaycan Poeziyasının İnciləri” adlı şeir müsabiqəsi həyata keçirilib.
Təşkilatdan “Kanal32”yə verilən məlumata görə müsabiqəyə Rusiyanın 19 bölgəsindən 226 iştirakçı qatıldı,bunlardan 125 iştirakçı finala çıxdı. Finalçılar arasında 3 yaş qrupuna-5-10,11-16,17-25 və xaricilər nominasiysına görə qaliblər müəyyənləşdirilib.. Müsabiqədə Yaroslavl şəhərindən 32 ,Moskva şəhərində 21 ,Sankt-Peterburq şəhərindən 19 iştirakçı finala çıxdılar.Müsabiqəyə Dərbənd, Krım, Stavropol, Rostov, Arxangelsk, Krosnoyarsk, Kemerovo, Başkırdıstan, Voronej, Vladimir, Saratov,Surqut və digər bölgələrdən iştirakçılar fəal şəkildə qatılıblar.
Layihənin keçirilməsində əsas məqsəd ölkə hüdudlarından kənarda Ana dilini yaşatmaq, görkəmli şairlərimizi tanıtmaq idi. Müsabiqənin şərtlərinə əsasən şeirlər yalnız Azərbaycan dilində söylənilməli və tanınmış Azərbaycan şairlərinin şeirləri olmalı idi. Müsabiqədə həmçinin başqa millətlərin nümayəndələri də iştirak edib.
Azərbaycan dilində şeir söylədilər. Yekun nəticələrə görə müsabiqədə 1 nəfər -Muradzadə Leyla (Krım )Qran pri mükafatına- (7000 rubl -140 Azn)layiq görüldü. 1-ci yerin 4 , 2-ci yerin -14 , 3-cü yerin 20 nəfər qalibi oldu. 24 dekabr tarixində Rusiyanın Moskva, Sankt-Peterburq,Yaroslavl şəhərlərində keçirilən tədbirlərdə müsabiqə qalibləri mükafatlandırıldılar. 1-ci yerin qaliblərinə 5000 rubl(100 Azn), 2-ci yerin qaliblərinə 3000 rubl(60 Azn), 3-cü yerin qaliblərinə 2000 rubl (40 Azn)pul mükafatı,diplomlar, iştirakçılara təşəkkürnamələr, hədiyyələr təqdim olunub.
Bu müsabiqəyə dəstək verən və bölgələrdə bilavasitə müsabiqənin təşkilində iştirak edən ictimai fəallara təşəkkürnamələr təqdim olunub.. Bu ilin sonuna kimi müsabiqəyə qatılan digər bölgələrin qalibləri və iştirakçılarını mükafatlandırmaq nəzərdə tutulur.
KANAL32.AZ