Mingəçevirdə “Üzgüçülük hamı üçün” devizi altında yarış keçirilib-FOTOLAR

Türksoylu dövlətlər arasında keçirilən  “Üzgüçülük hamı üçün” yarışı böyük marağa səbəb olub.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən yarışda 9 yaşdan yuxarı olan hər kəs iştirak edə bilər. İdman mübarizəsi 14 fərqli yaş kateqoriyasında keçirilir.

Seçilən iştirakçılar 2024-cü ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Yarış Bakı və Abşeronla yanaşı, ölkənin 31 şəhər və rayonunda keçirilir.

Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzinin üzgüçülük hovuzunda 60- dan yuxarı idmançı iştirak edib.

Layihənin məqsədi idmanın kütləviliyinə nail olmaq, idmançıların və həvəskarların asudə vaxtlarının səmərəliyini təmin etmək və hər kəsi sağlam qalmaq üçün idmanla məşğul olmağa dəvət etməkdir.

 

Esmira Hidayətova,

Mingəçevir

Leave a comment