Regional Təhsil İdarəsi açıqlama yaydı:”…problem aradan qaldırılıb və…”

Mərkəzi Aran Regional Təhsil İdarəsi  istilik sistemində problem yaranmış məktəblə bağlı rəsmi açıqlama yayıb.
Kanal32.az Təhsil İdarəsinin yaydığı açıqlamanı olduğu kimi təqdim edir:
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbin cari ilin payız-qış mövsümü başlamamışdan öncə istilik sisteminə baxış keçirilmiş, qazanxanada baş vermiş texniki problemlər aradan qaldırılaraq mövsümə hazırlıq işləri aparılıb.

 

Ötən günlərdə gözlənilmədən  sözügedən məktəbdə yeraltı su xəttində sızmaların baş verməsi, daha sonra elektrik sistemində transformatorun sıradan çıxması səbəbindən istilik sisteminin verilməsində müvəqqəti problem yaranmışdır.
Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları tərəfindən dərhal məktəbə baxış keçirilib, adekvat tədbirlər görülərək mövcud problem aradan qaldırılıb və müəssisənin istilik sistemi bərpa olunub.
Qeyd edək ki, Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə növbəti həftənin birinci günündən etibarən istiliyin tam şəkildə təmin olunması həyata keçiriləcək.