Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyi “Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı layihənin icrasını davam etdirir.
Layihə müddətində beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir universitet modelinin, universitetlərdə tədqiqat və innovativ fəaliyyətin təşkili və ümumi vəziyyətin təhlili aparılacaq, bunun nəticəsində universitetlərimizdə tədqiqat və innovativ fəaliyyətin təşkili üçün tövsiyyələr hazırlanacaqdır. Tədqiqatın nəticələrinin bir neçə universitetdə təqdimatı nəzərdə tutulur. Layihə 4 ay davam edəcəkdir.
Layihənin növbəti mərhələsi çərçivəsində ADA universitetində tədbir keçirilib. Layihə rəhbəri dosent İlham Əhmədovun “Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı təqdimatı dinləyicilərin böyük marağına səbəb olmuşdur. Tədbir içtirakçıları təqdimatla əlaqədar məruzəçiyə xeyli suallar vermiş, daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Layihənin icrası davam edir.