Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə “Sonuncu Dərs” çoxserialli uşaq filminin çəkilişlərinə start verililəcək.
Layihənin məqsədi uşaqlar arasında ünsiyyət, valideyin və uşaq arasında münasibət, müəllim və şagird arasında münasibətlər, uşaqların təbiətə və heyvanlara qarşı nəzakətindən bəhs edəcək film olacaq.
Filmdə 8-12 yaş uşaqlar iştirak edəcək, hal hazırda uşaqların tədris proseslərində iştirak edir, uşaqlara peşakar aktyorlarla görüş və ssenari üzərində iş, kamera önündə oyun tədrisləri keçirilir.
Filmdə peşakar aktyorlar rol alacaq. Respublikanın əməkdar artisti Vəfa Zeynalova, Elman Rəfiyev, Anar Heybətov və peşəkar aktyorlar Məhəmməd Vedizadə, Vahid Orucoğlu, Ramil Məmmədov, Elgün Yahya, Manaf Dadaşov, Elçin Hacı gənc aktyorlardan Məmməd Rəfiyev və Leyla Allahverdiyeva olacaq.