Mingəçevirdə silah-sursat aşkarlanıb-FOTOLAR

Mingəçevirdə silah-sursat aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Kanal32″yə verilən məlumata görə, son 2 gün ərzində keçirilən əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd qumbara, 90 ədəd avtomat patronu və 4 ov tüfəngi aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə şəhər sakinləri iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Esmira Hidayətova,

Mingəçevir