İki idarənin kollektivi birlikdə Ulu öndərin xatirəsini anıblar-FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional strukturlarının əməkdaşları silsilə tədbirlərlə Ulu öndər Heydər Əliyevin xatirəsini anıb.

Anım tədbiri 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü və 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi kollektivlərinin birgə iştirakı ilə geçəkləşib.

Öncə tədbir iştirakçıları Mingəçevirdə Heydər Əliyev Mərkəzinin önündə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.Abidəni çiçək yağışına bürüyən ekoloqlar və meşə təsərrüfatı əməkdaşları müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə dərin ehtiram nümayiş etdirib.

Ziyarət sonrası 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində təşkil olunmuş dəyrimi masa ətrafı müzakirələrlə anım tədbirləri davam etdirilib.

    

Esmira Hidayətova,

Mingəçevir