Mingəçevir bazarı,yoxsa Mingəçevirin üz qarası?-VİDEO

Mingəçevir şəhərinin mərkəzi bazarında antisanitariya hökm sürür.

Mingəçevir şəhər bazarında əhaliyə göstərilən xidmətin keyfiyyəti çox aşağı səviyyədədir. Bazarda satılan məhsullar üçün yeni piştaxtalar və digər şərait yaradılsada buna məhəl qoyan yoxdur. Bazarda satılan qida məhsulları bazarın içərisində yox,bazarın ətrafında satılır. Belə ki,bütün qida məhsullarını kim harda gəldi yerdə ,ayaq altında satır. Hətta ağartı məhsullarıda belə ayaqlar altında satılır. Bu kimi qida məhsullarının insan sağlamlığı üçün hansı xeyrindən danışmaq olar? Hətta bazarda ayaq altında məhsulunu satan satıcılar deyir ki, qida yoxlamaları 3-4 aydan bir yoxlamaya gələndə biz bazarın içərisində alver edirik. Bu acınacaqlı vəziyyətlə barışmayan bazarın içərisində müştəri üzünə həsrət qalan satıcılar da deyir ki,onlar günlərlə alver edə bilmir.

Çünki çüştəri gəlib alverini bazarın çölündə alıb gedir. Hətta axşam olanda bazar alverçiləri zir-zibillərini də ətrafa töküb gedirlər. Bu vəziyətə şəhər sakinləridə öz narazılıqlarını bildirilər. Sakinlər deyir ki,biz niyə ayaq altında satılan məhsilları almalıyıq. Aidiyyəti qurumlar bu vəziyyətlə bağlı bir tədbir görsünlər.

Şəhər sakini, MDU müəllimi iqtisadçı-ekspert Günəş Şəfaqətov da gələcəyimiz olan nəsilər üçün bu cür vəziyyətin çox  acınacaqlı olacağını deyir.

Ətraflı videomaterialda:

 

Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətindən “Kanal32″yə verilən məlumata görə aidiyyəti queumlara əmlak komitəsinə, Qida Agentliyinin regional bölməsinə , Bazarın rəhbərliyinə bu vəziyyətlə bağlı rəsmi məktublar göndərilib. Lakin aidiyyəti qurumlardan hələ ki heç bir nəticə hasil olmayıb.Bəs görəsən, kimdir günahkar,kimdir cavabdeh? Bəlkə Mingəçevirin dərdlərinin, problemlərinin əlacını başqa yerlərdə axtaraq?

Esmira Hidayətova,

Mingəçevir

/Kanal32.az/