“Zərrə mənəm, günəş mənəm”-FOTOLAR

304

kanal32.az-nun məlumatına görə,Milli Qəhrəman Ş.Şükürov adına Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbdə “Zərrə mənəm, günəş mənəm” devizi ilə İmadəddin Nəsimiyə həsr olunmuş tədbir keçirilib.

Tədbirin təşkilatçısı, məktəbin tərbiyə işləri üzrə direktor müavini Günay Nadirova bildirib ki, sentyabr ayında ölkədə H. Əliyev fondunun təşəbbüsü ilə Nəsimi festivalı keçirilmişdir. Noyabr ayında isə ölkə prezidenti İlham Əliyev Nəsiminin 650 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.Bu gün keçirilən tədbirin isə yubiley ilinin astanasında reallaşmağı bu səbəbdən irəli gəlir.

Məktəbin direktoru Elşən Əzimov çıxış edərək Nəsimi poeziyasının fəlsəfi qatlarından söz açıb,onun türk və fars dillərində yazdığı qəzəllərdən örnək gətirərək hürufi təliminin sirlərinə qısa bir səyahət edib.

Yubiley tədbirində iştirak edən rayon təhsil şöbəsinin məsləhətçisi İsmayıl Məhəmmədov çıxışında bildirib ki, 35 saylı məktəb təhsildəki uğurlarıyla yanaşı, həm də respublika səviyyəli möhtəşəm tədbirləri ilə də yadda qalır.

Tədbir şagirdlərin və muğam sənətçilərinin ifasında ədəbi-bədii kompazisiya ilə davam edib.Qeyd edək ki,kompazisiyada böyük şairin qəzəllərindən və İsa Hüseynovun “Məhşər” romanın motivlərindən istifadə edilib.Şagirdlər isə öz növbəsində Nəsimi, Əmir Teymur, Şəms və digər rolları məharətlə oynayiblar.