Mingəçevir əlamətdar bayramlar ayını yaşayır. Ard-arda bayram günlərini yaşayan işıqlar şəhəri 75 yaşını qeyd edir.Artıq 75 il geridə qalır.
Bu şəhərdə yaşayıb ürəyi bu şəhərlə döyünən mingəçevirlilər də bu yubleyi qeyd edirlər.Elə yeri gəlmişkən bu şəhərdə yaşayıb şəhərin quruculuğunda öz payı olan qocaman quruculardan biri, şəhər sakini Pəri Tağıyeva ilə həmsöhbət olduq.
Həmsöhbətimiz özü haqqında məlumat verir:
”Mən Qarabagın baglı – bagatlı bir guşəsində – Agdam rayonunun Gülablı kəndində 1947 – ci ildə dünyaya göz açmış və Gülablı kənd orta məktəbin 1 – ci sinfinə getmiş 1964 – cü ildə həmin məktəbin 11 – sinfini əla qiymətlərlə bitirib sənədlərimi Azərbaycan Tibb institutnuna vermişəm. Müsabiqədən keçmədiyim üçün Mingəçevirə iş stajı toplamaq üçün gəlmişəm. ( Mingəçevirdə böyük bir nəsilin nümayəndələri Mingəçevirin qurulmasında bir başa iştirak edən Tayıyevlər sülaləsi yaşayırdı )
Pəri xanım həyatında yaşadığ çətinliklərdən də danışıb:
”Çox çətinliklə internat məktəbində pioner baş dəstə rəhbəri kimi ilk əmək fəaliyyətimə başladım ( internat məktəbin direktoru çox gözəl təşkilatçı müəllim rəhmətlik Gəray müəllim,şəhər komsomol komitəsinin sədri rəhmətlik Eldar Talışov işləyirdi ). Çətinlik deyəndə onu nəzərinizə çatdırım ki, o vaxtkı dövrdə bütün idarə və müəssisələrdə iş rus dilində gedirdi. Təbii ki, məndə kənd məktəbini bitirdiyim üçün rus dili bilgilərim yox idi. Lakin insitituta qəbul olmaq üçün mənə işləyib iş stajı toplamaq lazım idi. 8 ay işlədikdən sonra yenidən oxumaq üçün Bakıya döndüm. Bu dəfə sənədlərimi Azərbaycan Politexnik institunun ” tikintinin iqtisadiyyatı ” fakultəsinə verdim”.
Pəri xanım deyir ki,gənclik illərində həkim olmaq qərarına gəlmişdi. Lakin Mingəçevirdə işlədiyi 8 ay müddətində şəhərdə gedən tikinti – quruculuq işləri onu elə aludə edir ki, bu dəfə o fikirindən daşınıb həkim yox, mühəndis olmaq qərarını verir:” Azərbaycan Politexnik instituna qəbul oldum . O vaxtdan da həyatımı , gəncliyimi Var qüvvəmi Mingəçevirə həsr etdim. 33 saylı tikinti idarəsində 2 – ci dərəcəli fəhlədən texniki – istehsalat şöbəsində texnik , mühəndis , şöbədə böyük mühəndis , nəhayət texniki istehsalat şöbəsinin rəisi vəzifəsinə qədər yüksəldim. Eyni zamanda tikinti həmkarlar təşkilatının sədri işlədim. Hər ildə 30 – 40 nəfərə növbəlik əsasında ev verirdik.Tikintidə işlədiyim müddət ərzində şəhərdəki 22 məktəbin və uşaq baxçalarının 70% – nin ya tikintisində yada yenidən qurulmasında , sənaye müəssisələrindən – yol maşınları , Azerkabel , Azerizolit , şüşə mahlıc , rezin – texniki məmulatı zavodlarının , pambıq parça fabriki , şəhər poliklinikası ( hər ikisi, həm dağın dibində tikilən , həm də indiki ) tibb kolleci , teleantenna , protivo çumno stansiyası və sag və sol sahili birləşdirən körpünün , eləcədə indi İcra hakimiyyəti yerləşən binanın tikintisində iştirak etmişəm. 1976 – cı ildə Mingəçevir Baza Politexnik texnikumunda müəllim işləmək dəvəti almış , 2002 – ci ilə yəni texnikum ləgv olunana kimi bilik səy və bacarıgımı gənc nəslin təlim və tərbiyəsinə həsr etmişəm. Texnikumda da uzun müddət texnikom həmkarlar təşkilatının sədri işləmişəm. 2003 – cü ildə bir il müqavilə əsasında 11 saylı orta məktəbdə iqtisadiyyat fənnini tədris etmişəm.2004 – cü ildən təqaüddəyəm.
Bu gün şəhərimizin bu gözəlliyinə baxıb hansı hissləri keçirirsiz sualına isə Pəri müəllimənin cavabı belə oldu:
-Günü – gündən yeniləşən və çiçəklənən , respublikanın 4 – cü şəhəri olan Nur şəhəri 75 yaşlı Mingəçevir fəxr edir:”Fikirləşirəm 1964 – cü ildən mənə dogma şəhərə çevrilən Mingəçevir mənim gözlərim önündə tikildi , inkişaf etdi. Bu inkişafda bu tərəqqidə azda olsa əməyim oldugunu xatırlayıb yadıma saldıqca çox qürurlanıram. Bayramlarınız mübarək əziz Mingəçevirlilər !
Esmira Hidayətova,
Mingəçevir