Bakı şəhəri Emin Quliyev adına 9 saylı xüsusi internat məktəbinin müəllimi Şölə Fərəclinin Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7-ci qrant müsabiqəsi” nin qalibi olduğu “Yaxşıların Yaxşısı” adlı layihənin açılış tədbiri keçirilib.
Kanal32.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan məktəbin direktoru Afaqət Əsgərova xüsusi İnternat məktəbində təhsilalanların həssas qrupa aid olduğunu diqqətə çatdırıb. Müasir təhsil sistemindəki psixoloji xidmət, praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş aparmaq, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq, uşaqların ilk dövrdən təlimə hazırlığını müəyyənləşdirmək, geridə qalan və mürəkkəb davranış sərgiləyən uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şagirdlərin intellektual, şəxsiyyət və iradi-emosional sferasının diaqnostikasını həyata keçirmək, onların korreksiyasını aparmaq, şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq kimi konkret və həlli vacib vəzifələrə dayanan “Yaxşıların Yaxşısı” layihəsinin təhsilalanlarla yanaşı, onların valideynlərinə də müsbət təsir göstərəcəyini vurğulayıb. Layihə rəhbərinə uğurlar arzu edib.
Layihənin rəhbəri, məktəbin müəllimi Şölə Fərəcli tədbir iştirakçılarını salamlayaraq sözügedən layihə haqqında ətraflı məlumat verib.
Xüsusi qayğıya ehtiyacı olan həssas şagirdlərlə çalışdığımız üçün bu layihədən həm şagirdlərin həmçinin biz müəllimlərin və valideynlərin bütün uşaqları inkişaf etdirəcək, sosial-mədəni və fərdi xüsusiyyətlərini formalaşdıracaq, onları cəmiyyətimizə yararlı olacaq şəkildə yetişdirməyi hədəfləyən bir proses olaraq təyin etdiyini bildirib. Uşaqlar üçün keyfiyyətli təhsilin təmin edilməsi, onların dərslərdə iştirakını artırmaq və mümkün olduğu qədər ayrı-seçkiliyin azaldılması inklüziv təhsilin əsas məqsədlərindən olduğunu qeyd edib.
Layihənin eksperti layihələr üzrə təlimçi və ekspert, Abral Academy tədris mərkəzinin müəllimi, media nümayəndəsi Aynur Quliyeva Elm və Təhsil Nazirliyinin elan etdiyi Elm və İnnovasiyalar üzrə 7- ci qrant layihələrinin təhsilin inkişafı, şagirdlərin sosial maarifləndirilməsi ilə yanaşı, məktəblərdə maddi texniki bazanın gücləndirilməsinə verdiyi töhfələrdən bəhs edib. Layihə çərçivəsində görüləcək işlər barədə məlumat verib.
Layihənin koordinatoru Etiram Sadıqzadə inkişafında gerilik olan şagirdlərin təhsil prosesində özünü ifadə, nitq bacarıqlarının təkmilləşdirilməsi üçün layihəyə cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. Layihə çərçivəsində Xüsusi internat məktəbində özünəqapanma, cəmiyyətdən təcrid olunduğunu zənn edən şagirdlərin araşdırılaraq layihəyə cəlb olunması, müxtəlif psixoloji testlərlə yeniyetmələrdə aqressivlik, depressiyaya meyillilik dərəcəsinin, həmçinin ailədaxili gərginliyin səviyyəsinin müəyyənləşdirilməsi, valideynlərin maarifləndirilməsi, onlara təlimlərin verilməsi lazım olduğu təqdirdə fərdi seansların təqdim olunması kimi vacib məsələləri diqqətə çatdırıb.
Layihənin psixoloqu Ağayeva Ilahə xüsusi diqqət və qayğıya ehtiyacı olan yeniyetmələrlə işin daha çox həssasiyyət tələb etdiyini, bunun üçün layihə çərçivəsində, valideyn buna psixoloji cəhətdən hazır olması üçün nəzərdə tutulan təlimlərdən əlavə, onlarla xüsusi hallarda fərdi seansların keçirilməsinin də nəzərdə tutulduğunu bildirib.
Aynur Araz