“Öz fərqində Ol” layihəsi uğurla başa çatdı-FOTOLAR

Bir aydan çox müddəti əhatə edən “Öz fərqində Ol” layihəsi işini uğurla tamamlayıb.

Kanal32.az-a verilən məlumata görə layihənin əsas məqsədi Mingəçevir Dövlət Univesitetinin birinci kurs tələbələrinin yumuşaq bacarıqlarının artırılması və özünü tanıma prosesində dəstək göstərməkdir. Bu müddət ərzində həftədə 1 dəfə olmaqla 4 əyani təlim və onlayn mentor görüşləri həyata keçirilib.

Peşəkar təlimçi və mentorların dəstəyilə müsahibə əsasında seçilmiş 25 gənclə hərtərəfli çalışıb onların inkişafına töhvə verməyi qarşıya məqsəd qoyan layihə öz vəzifəsini başa çatdırıb.

Sonuncu təlim günü Ankara Hacı Bayram Veli Üniversitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru prof.dr Evren Güçer “Şəxsi brendin formalaşdırılması və liderlik” mövzusunda danışaraq layihə iştirakçılarına liderliyin sirləri ilə tanış edib.

Son olaraq dəvət edilmiş qonaqlarla bərabər Layihənin bağlanışı edilib iştirakçılara sertifikatlar təqdim edildi.

Qeyd edək ki, layihə Resource HUB-ın texniki dəstəyi, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Gənclər Evinin tərəfdaşlığı və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

   

 

     

Kanal32.az