ABŞ dövlət katibi “quş buraxdı”

280

ABŞ dövlət katibi Maykl Pompeo dekabrın 21-də İran xalqını qışın gəlməsi və ilin ən qısa günü münasibətilə təbrik edib.

“Kana32″İnformasiya Agentliyi xəbər verir ki, Pompeo bu haqda özünün “Twitter” hesabında yazıb.

Maraqlıdır ki, Pompeo təbrik mesajında Nizami Gəncəvidən də sitat gətirib. Bununla belə, ABŞ xarici siyasət idarəsinin rəhbəri Azərbaycan şairi Nizami Gəncəvini fars şairi adlandırıb.

“Məğrur İran xalqı bu gün ən uzun gecəni və işığın zülmətə qalib gəlməsini qeyd edir. Onlara rifah və azadlıq arzu edirəm. Fars şairi Nizami belə deyib:

“Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır”. Yalda bayramınız mübarək!”

Amerikalı siyasətçinin tviti sosial şəbəkələrin Azərbaycan seqmentində səs-küylə qarşılanıb və narazılığa səbəb olub. Belə ki, İranın elmi cəmiyyətlərinin və bu ölkənin hakimiyyətinin iddialarına rəğmən, dünyanın elmi elitası Nizami Gəncəvini Azərbaycan şairi kimi tanıyır.

Böyük türk şairi öz dövrünün bir çox Şərq şairləri kimi, əsasən Şərq ədəbiyyatının klassik dili sayılan fars dilində yazıb, lakin Gəncə şəhərində yaşayıb və yaradıb.