“Azərbaycan poeziyasının inciləri”müsabiqəsinin münsiflər heyəti bir ara gəlidi-FOTOLAR

2 oktyabr 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan poeziyasının inciləri” adlı şeir müsabiqəsinin münsiflər heyətinin zoom tətbiqi üzərindən ilk onlayn görüşü olub.
Kanal32.az xəbər verir ki,görüşü giriş sözü ilə “Rusiya Azərbaycan Qadınları”İctimai birliyinin sədri Xatirə Qəmbərova açıb. Xatirə Qəmbərova müsabiqənin şərtləri haqqında xatırlatmalar edib, əlavə və ya düzəlişlərin olub-olmayacağı ilə bağlı münsiflər heyətinin fikrini soruşub.
İlk çıxışçı Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatın sədri Bəxtiyar Həsənov oldu. B. Həsənov Azərbaycan dilinin öyrədilməsi, yayılması baxımından belə müsabiqələrin önəmli olduğunu deyib və təklif edib ki, layihə haqqında daha çox auditoriyaya informasiya çatdırmaq üçün yeni videoçarxın çəkilməsinə ehtiyac var.
Moskva Azərbaycanlıları MMM -nin sədr müavini Həşim Əliyev çıxışında göndərilən videoların hansı kriteriyalar əsasında qiymətləndirilməsi, yaş qrupları üzrə necə bölünməsi haqqında danışıb.
Görüşdə çıxış edən professor Bella Musayeva, MAMMM-nın sədr müavini,qiraətçi Tahir Əsgərov, Rusiya Azərbaycan Qadınları İB-nin sədr müavini Ülviyyə Abbasova, RAQİB-nin Moskva nümayəndəsi ,türkoloq Leyla Fərəcova, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi,türkoloq Şahnaz Kamalova belə müsabiqənin keçirilməsinin önəmindən danışıblar və bu müsabiqəyə təkcə Rusiyada yaşayan azərbaycanlıların yox, həm də digər xalqların nümayəndələrinin cəlb olunmasının vacib olduğunu vurğulayıblar.
Qərara gəlinib ki, bir həftə sonra yenidən zoom tətbiqi üzərindən görüş olsun və gedişat ətrafında  müzkirə aparılsın.
      
Kanal32.az
Leave a comment