Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Bakıya gətiriliblər.
Kanal32.az xəbər verir ki,bu barədə DTX-nın Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.
Qeyd edək ki, 2020-cil sentyabrın 27-də Vətən müharibəsini qələbə ilə bitməsindən sonra Üçtərəfli Bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib.
Bundan sonra Azərbaycan özü qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib.
Sentyabrın 19-da ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib.
Qeyd edək ki, Arkadi Qukasyan 22 iyun 1957-ci ildə Xankəndidə anadan olub. O, 8 sentyabr 1997-ci ildə “Qondarma Dağlıq Qarabağ” Respublikasının ikinci “prezident”i seçilib və 2002-ci ildə yenidən seçilib. Onun “preziden”tlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatıb.
1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirib. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, “Sovet dağlıq qarabağ” qəzetinin müxbiri kimi çalışıb.
1991-ci ildə Arkadi Qukasyan “dqr”-ın ilk “parlament”inə “depuat” seçilib. 1992-ci ilin sentyabr ayında “Dövlət Müdafiə Komitəsi”nin sədri təyin olunub və ATƏT-in Azərbaycanla görüşləri zamanı “Dağlıq Qarabağ”ın “nümayəndə heyətləri”nə rəhbərlik edib.
1993-cü ildən “dağlıq Qarabağın Təhlükəsizlik Şurası”na üzv olub. 1993-cü il iyulun 23-də “Dağlıq Qarabağ Respublikası”nın ilk “xarici işlər naziri” olub.
2000-ci ildə sui-qəsd cəhdindən sağ çıxıb.
Bako Saakyan 1960-cı ildə Azərbaycanın keşmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri olan Xankəndidə doğulub. 1998-ci ildə Qarabağdakı separatçı hərəkata qoşulanadək keçmiş muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə separatçıların Azərbaycana qarşı hərbi hərəkatına qoşulub. Həmin illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. Bir sözlə, o, karyerasına belə başlayıb. Lakin bir müddət sonra onun pul mənimsədiyi üzə çıxıb və nəticədə bu “vəzifə”dən kənarlaşdırılıb.
Separatçıların lideri olan Saakyan sadə insanların inamını pulla, yaxud onların borclarını bağlamaqla qazanıb, bununla da tanınıb.
Beləliklə, B.Saakyan keçmiş Qarabağ regionunundakı erməniəsilli sakinlərin legitim nümayədəsi kimi tanına bilməz. Çünki bu regionda yaşayan azərbaycanlılar 1988-1994-cü illərdə doğma evlərindən qovulub. 1988-ci il fevralın 20-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti Ermənistana qoşulmağa səs verərkən belə, azərbaycanlılar bu prosesdən kənarda qoyulub. Nəticədə, parlametn orada yaşayan azərbaycanlıların razılığı olmadan, üstəlik Azərbaycan SSR-in Konstitusiyasına zidd olaraq, Azərbaycandan ayrılmaq haqda qərar çıxarıb. Müharibədən sonra isə Qarabağdakı ermənilər müstəqilliklə bağlı qeyri-qanuni, Azərbaycan Konstitusiyasına zidd “referendum” keçirilib. Həmin vaxt artıq regionun azərbaycanlı əhalisi oradan qovulmuşdu.
Saakyan qondarma “dqr”-ın 3-cü “prezidenti” olub.
O, ilk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətində öz “vəzifə”sində qalıb.
Bako Saakyan 2017-ci ildə keçirilən qondarma seçkilərdə yenidən seçilərək, 3 il müddətində bu “vəzifəni” icra edib. 30 ildən çox Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “dqr” və ya “artsax Respublikası” adlandıran rejimin işğalında qalıb.
2020-cil sentyabrın 27-sində Vətən Müharibəsinin qələbə ilə bitməsindən sonra üç tərəfli bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib.
Bundan sonra Azərbaycan qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib.
Sentyabrın 19-da ordumuzun keçirdiyi lokal anti-terror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib.
David İşxanyanın isə 1968-ci il dekabrın 28-də Xocavənd rayonunun Heşan kəndində doğulan David İşxanyan 1992-ci ildə Xankəndi Pedaqoji İnstitutunun tarix-hüquq fakültəsini bitirib.
Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə “Martuni batalyonları”nın birinə komandirlik eləyib.
Heşan kənd məktəbinin direktoru, kənd icmasının başçısı olub.
1989-cu ildən Daşnaksütun Partiyasının üzvüdür. 2007-2021-ci illərdə qurumun Mərkəzi Komitəsinin Yuxarı Qarabağda təmsilçisi postunu tutub. 2022-ci ildən Büro üzvüdür.
1991, 2015 və 2020-ci illərdə “parlamentin üzvü” seçilib.
2023-cü il avqustun 7-də “sədr” vəzifəsinə mandat alıb.
1988-ci ildə Yuxarı Qarabağ erməniləri bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.