Reportyor içkili “dindar”ların kütləvi hücumuna məruz qalaraq döyülüb

Reportyor-fotoqraf şadlıq sarayında “vurun, qardaşı ateitsdir” çağırışı altında kütləvi hücuma məruz qalıb.

Kanal32.az xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Energetiklər yaşayış massivində yerləşən “Nur” şadlıq sarayının ərazisində baş verib.

Dindar bir ailənin içki verilməyən toy məclisində Kəlbəcər rayon sakini,Kanal32.az saytının əməkdaşı-reportyor-fotoqraf  Elman Nəbiyev toy sahibinin içkili “dindar” qohumları tərəfindən kütləvi hücuma məruz qalaraq döyülüb.İçkili və içkisiz toy iştirakçıları bu addımlarını Elman Nəbiyevin qardaşının ateist olması ilə əlaqələndiriblər.

Hadisə yerindən güc bəla ilə qaçıb qurtulmağı bacaran zərərçəkən baş verən hadisə ilə bağlı DİN-nin qaynar xəttinə müraciət edib. Bədəninin bəzi nayihələrindən xəsratlər alan Elman Nəbiyev Polis Şöbəsi rəhbərliyi tərəfindən qəbul olunub.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki,əldə edilən məlumatlara görə Elman Nəbiyevə hücum çəkən Elnur Əhmədov və digər bacı-qardaşın adları avtoxuliqanlıq ,maşınla adam vurma və digər qalmaqallı işlərdə də yer alır.

Daxili İşlər Nazirliyi sözügedən olayla bağlı açıqlama verib.

DİN- in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, sentyabrın 14-də Mingəçevir şəhər sakini Elman Nəbiyevin Elnur Əhmədov tərəfindən döyülərək xəsarət alması ilə bağlı araşdırma aparılır. Tərəflərin izahatları alınıb və xəsarətin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. Araşdırmanın və ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Leave a comment