Mingəçevir çimərliyində ciddi nöqsanlar aşkarlandı-VİDEO+FOTO

Mingəçevir Su anbarının ərazisində-çimərlikdə reyd keçirilib.

Mingəçevirdə havaların isti keçməsi ilə əlaqədar, yerli vətəndaşlarla yanaşı, turistlərin də dənizə axını müşahidə olunur. Mingəçevir şəhər İcra Hakimiyyəti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Lakin bu gün keçirilən reyydə müşahidələr onu deməyə əsas verir ki, hələ də bu tələblərə riayət etməyənlər var.

Şəhər icra hakimiyyətinin sektor müdiri İlqar Pirməmmədovun,icra nümayəndəliyinin,polis əməkdaşının,Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şurasının üzvülərinin ,jurnalistlərin və blogerlərin iştirakı ilə keçirilən reyd zamanı Mingəçevir çimətliyində 6 müxtəlif məkanlara baş çəkilib. Reyd zamanı bir sıra nöqsanlar aşkarlanıb. Hətta istirahətə gələn bəzi sakinlər girişin pullu olduğunu deyiblər.Sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Reydlə bağlı Yeniavaz.com saytına öz fikirlərini bildirən Mingəeçvir İcra Hakimiyyəti və şəhər bələdiyyəsi yanında İctimai  Şurasının üzvü,telejurnalist İnqilab Şirinli qeyd edib ki,ilk növbədə çimərlikdə insanların sağlamlığının qeydinə qalınmalıdır:”Mən burdan sual edirəm və müvafiq qurumları da dəvət edirəm ki,aydınlıq gətirsinlər,içməli su mənbəyi olan su anbarından  kütləvi çimərlik kimi istifadə olunması nə dərəcədə düzgündür? Bunu tənzimləyən bir normativ hüquqi akt varsa, ictimaiyyətə təqdim etsinlər. Xahiş edirəm bu sualımı cavablandırsınlar.Dünyanın heç bir yerində kütləvi çimərlikdən içməli su mənbəyi kimi istifadə olunmur.Eyni zamanda bu suyun bioloji tərkib məsələsi də var. Bu gün reyd zaman FHN nümayəndəsi gözə dəymədi.Birinci buxtada mühafizə zolaqları diqqət çəksə də, digər buxtalarda bu zolaqlar yox idi”.

Telejurnalist onu da bildirildi ki,çimərlik mövsümü başlayandan Mingəçevirdə 3 nəfər batıb.Bu gün ictimayyətin ən əsas qınaq obyektinə çevrilən bu ərazidə pullu xidmətin olmasıdır. Aparılan müşahidələr onu göstərdi ki, bəzi buxtalarda insanlar heç bir xidmətdən istifadə etmədikləri halda çimərliyə daxil olmalarına maneələr yaradılır. Pul istənilir. Təbii ki,bunu bütün buxtalara şamil etmək olmaz Bəziləri də yolları kəsərək “şlaqbaum” çəkiblər. Bu məsələlərə aidiyyəti qurumlar nəzarət etməlidir. Acınacaqlı vəziyyətlərdən biri də o oldu ki,burada fəaliyyət göstərən sahibkarların heç biri real sənəd-icarə müqaviləsi təqdim edə bilmədi. İnqilab Şirinli onu da vurğulayıb ki, avtomobillərin çimərliyin bilavasitə içərisinə qədər salınması məsələsi də olduqca ciddi problemlərdəndir. Çünki burada söhbət insan sağlamlığından gedir. İnsaların günəş vannası qəbul etdiyi, ayaqyalın gəzdiyi çimrəlik zonasında təkərlərində minlərlə mikrob gəzdirən avtomobillərin saxlanması yolverilməzdir. Həmin avtomobillərin sahibləri də, əraziyə nəzarət edənlər də, çimərliyin icarədarı da bunu analmalıdır. Polis də bu problemə göz yummamalı, biganə münasibət sərgiləməlidir.

Bəzi məqamlar videoda:

Sonda onu qeyd edək ki, reyd zamanı bir neçə problemlər ortaya çıxdı ki,bunlar da bir-birinə zəncirvari şəkildə bağlıdır.

Esmira Hidayətova,

Mingəçevir