Goranboy sakini Dağıstanda qətlə yetirildi-Öldürən isə…-FOTO

Rusiya Federasiyasının Dağıstan Respublikasında azərbaycanlı qətlə yetrilib.

Kanal32.az xəbər verir ki, 07 avqust 2023-cü il tarixdə Mahaçqala şəhərindən 140 km məsafədə yerləşən Xunzax rayonunda qətl hadisəsi baş verib. Belə ki, Dağıstan Respublikasına işləməyə gələn Goranboy rayon sakini Alışanov Məşədi Budaq oğlu tanışları ilə yeyib-içən zaman mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onu öldürən şəxsin Yevlax rayon sakini olduğu bildirilir. Qətli törədən şəxs gecə saatlarında qaçaraq Gürcüstana keçməyə cəhd göstərib. Lakin o, sərhəddə saxlanılıb və polisə təhv verilib.

Mahaçqala şəhərindəki Azərbaycan diasporunun rəhbəri Rakif Əzizov “Kanal32”yə açıqlamasında bildirib ki,öldürülən şəxsin meyiti hazırda morqdadır və onun Azərbaycana göndərilməsi üçün müvafiq sənədləşmə işləri aparılır. Diaspor təşkilatı olaraq Xunzax rayonuna müvafiq məktub təqdim etmişik və mərhumun cənazəsinin tezliklə Azərbaycan göndərilməsini təmin edəcəyik.

Kanal32.az

Leave a comment