“Ailələrə Sosial Dayaq” İctimai Birliyi yeni layihənin icrasına başladı-FOTOLAR

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinın maliyyə dəstəyi ilə  Mingəçevirdə yaşayan “Şəhid və Qazi övladlarının psixoloji, sosial və mənəvi problemlerinin həllinə dəstək” adlı layihəyə start verib.

Layihənin əsas məqsədi Mingəçevirdə yaşayan şəhid və qazi övladları ilə tədbirlərin təşkili,  onların asudə vaxtlarının daha səmərəli keçirmələri, sosiallaşmaları üçün onlara yardımçı olmaq, onların mövcud psixoloji ,sosial və mənəvi problemlerinin araşdırılması və müvafiq dəstəklərin göstərilməsi ilə bağlıdır.

Layihə çərçivəsində “Müharibə uşaqları və onların qorxuları” adlı tədbir təkil olunub. Tədbirdə psixoloq, pedaqoq uşaqlarla maraqlı söhbətlər aparıb, onları maraqlandıran sualları cavablandırıblar.

Daha sonra uşaqlarla asudə vaxtın səmərəli təşkili məqsədilə maraqlı oyunlar oynanılıb, rəsmlər çəkilib və hovuzda əyləncəli vaxt keçirilib. Layihə 3 ay davam edəcək.

 

Kanal32.az

Leave a comment