Yeni icra başçısından ilk açqlama…

295
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə  İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
kanal32.az xəbər verir ki, İlham İsmayılov təyinatı ilə bağlı Unikal.org-a açıqlama verib. O, rayonun sosial və iqtisadi həyatında ciddi dəyişikliklər olacağını  bildirib:
“Mən təyinatımı yüksək etimad kimi dəyərləndirirəm. Bu, cənab prezidentin mənim üzərimə qoyduğu məsuliyyətdir. Çalışacam ki, İlham Əliyevin yüksək etimadını doğruldum. Mingəçevir şəhərinə dövlət dəstəyi var. Şəhərdə quruculuq, abadlıq işləri gedir və bu işlər davam etdiriləcək. Cənab prezidentin siyasəti birmənalı olaraq Mingəçevirdə yüksək aparılıb, bundan sonra da davam etdiriləcək”.
P.S.AMMA,MÜSTƏQLLİK DÖNƏMİNDƏN BU YANA ZİYALI ŞƏHƏRİ OLAN MİNGƏÇEVİRİN TARİXNƏ BAXSAQ GÖRƏRİK Kİ,BU POTENSİALI BÖYÜK OLAN ŞƏHƏRƏ ƏHALİNİN ÜRƏYİNDƏN XƏBƏR VERƏN,ŞƏHƏRİ SÖZÜN ƏSL MƏNASINDA İNKİŞAF ETDİRƏN İCRA BAŞÇISI QİSMƏT OLMAYIB.ÜMİDLƏR İSƏ LAP SONDA ÖLÜR…YENİ İCRA BAŞÇISI BƏLKƏ DƏ…