Dünyadakı azərbaycanlı xanımları bir araya gətirən Xatirə Qəmbərova kimdir?-FOTOLAR

Mən əvvəllər də vətənpərvər ruhlu olmuşam! Bir fərd kimi vətən naminə əlimdən gələni etmişəm. Çalışdığım Krım Regional gömrüyündə Novruz bayramı deyəndə Qızqayıt xanımın ” vkusnyaşkaları” yadlarına düşür. Şəkərbura, paxlava, qoğalın nə olduğunu çox gözəl bilirlər. Plovumuzun dadına hər​ Novruz bayramında baxıblar, qazmağını isə indiyə gədər xatırlayırlar. Səməni cücərdib, işə aparırdım. Boyanmış yumurtaları görəndə məəttəl qalırdılar ki, “yumurtanı yalnız rusların pasxasında boyayırlar”. Özüm haqda bu qədər…

Mən sizə bir xanım haqqında söhbət açmaq istəyirəm. Xatirə xanım Qəmbərova. O​,İsmayıllı rayonunun Kürdmaşi kəndindəndir. Xatirə xanım çox bacarıqlı və savadlı (elə orta məktəbi qızıl medalla bitirməyindən bilinir), çox təvazökar, xeyirxah, vətənini, Azərbaycanı başqalarına sevdirməyə çalişan ,gözəl xasiyyətə malik olan bir xanımdır. Yaroslavl şəhərində yaşayır. Mən bunları tərif üçün yox, gördüyü işləri göstərmək üçün deyirəm. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

​ Bu xanımı 3 il əvvəl ilk dəfə ​ “Novruz xonçası və süfrəsi” yarışmasında tanıdım. Bu heç də adı süfrə bəzəməsi deyil, burda əsas məsələ adət, ənənələri yaşatmaq idi. Yarışma davamlı olaraq hər il keçirilir. ​ Novruz xonça yarışması proyekti çərçivəsində Xatirə xanım ​ Rusiyanın müxtəlif şəhərlərində yaşayan və birbaşa diaspora təşkilatları ilə bağlı olan, Azərbaycan mədəniyyətini təbliğ edən ​ xanımları​ bir araya gətirdi. Bu da Rusiya Azərbaycan Qadınları İctimai Birliyinin yaranmasına təkan verdi. Qısa vaxt kəsiyində Xatirə xanım bizim sıralarımızı genişləndirdi, artıq dünyanın dörd bir tərəfində ​ yaşayan, bir-birindən xəbəri olmayan, qəlbi Vətən eşqi ilə döyünən ​ azərbaycanlı xanımlar bir-birini tanımağa başladı, bir-birinin təcrübəsindən yararlandı.​

Bu 3 il yarım müddət ərzində Xatirə xanımın rəhbərliyi ilə böyuk layihələri həyata keçirmişik. Hər bir layihənin bir məqsədi var. Əsas məqsəd birliyimizi göstərmək, layihələrimizlə, fəaliyyətimizlə xalqa öz töhvələrimizi verməkdir. Bir necə şeir müsabiqələri keçirildi. Burda əsas məqsəd dilimizi yaşatmaqdır. Mən çox şadam ki, Xatirə xanım bizim ailəmizə də dəyər verir, biz də bütün layihələrdə iştirak etmişik və edirik. ​ Nəticələri də bizim ücün uğurlu olub. Minnətdaram! ​ ​ ​ ​

​ Nəvəm Leyla Azərbaycan dilində az danışırdı, rus dilli idi. Azərbaycan dilində şeir müsabiqələrində iştirak etdi. Bir çox şeirləri Xatirə xanımın məsləhəti ilə əzbərləyib, bütün layihələrdə iştirak edib. İndi Azərbaycan dilində çox yaxşi danışır. Xatirə xanımın köməkliyi ilə türkoloq Şahnaz Kamal xanımla tanış olduq. Birliyimizin üzvü Şahnaz xanım vaxt məhdudiyyətinə baxmayaraq, bütün Rusiyada yaşayan azərbaycanlı uşaqlarla onlayn Azərbaycan dili dərsi keçir. Bu bir ildə nəvəm Leyla bir az da Azərbaycan dilini mükəmməl öyrəndi.

​ Bizim birliyimiz Xatirə xanımın başçılığı ilə bir neçə layihələr həyata keçirib. Türkiyədə, İranın Xoy şəhərində baş verən​ zəlzələdən əziyyət çəkən insalara birliyimiz tərəfindən pul vəsaiti göndərilib, uşaqlar və yeniyetmələr arasında Azərbaycan dilində şeir müsabiqələri keçirib, onları mükafatlandırmışıq.​ Bizim ən böyük uğurumuz isə Güney Azərbaycan Forumuna qoşulmaq oldu. Respublikamızın prezidenti hörmətli İlham Əliyevin “güney azərbaycanlılarının arxasındayıq” kəlməsi ilə yola çıxaraq, ​ Xatirə xanım Güney Azərbaycan Forumunun Rusiya təmsilçisi olaraq bizim də səsimizi forum iştirakçılarına çatdırır. Xatirə xanımın hərbzaman bizi sevindirir. Bu ilin aprel ayında Xatirə xanım və Rusiya Azərbaycan Qadınlar İctimai Birliyinin sədr müavini Ülviyyə xanım Abbasova ilə birgə İstanbulda keçirilən Güney azərbaycanlılarının 3-cü forumunda iştirakı hər birimizin ürəyindən oldu. Bu forumdan sonra sıralarımız bir az da genişləndi. Xatirə xanım bizi gözəl və bacarıqlı Güney azərbaycanlı xanlmları ilə tanış etdi. ​ ​

Bu günlərdə Xatirə xanımın növbəti bir layihəsini həyata keçirdik .Bu layihədə Güneyli-Quzeyli Dünya Azərbaycan qadınlarının böyük şairimiz M.H.Şəhriyarın”Heydərbabaya Salam” şeirini hərə bir bənd söyləməklə gözəl bir videoçarx hazırlayıb,bu layihəmizlə birliyimizi göstərərək eyni zamanda milli iradə ortaya qoyduq. Bu möhtəşəm layihəyə görə Xatirə xanıma təşəkkür edirik.

​ Mən öz adımdan, ailəmiz adından və birliyimizdə olan bütün xanımlar adından Xatirə xanıma bir azərbaycanlı xanımları bir araya gətirdiyinə görə, Azərbaycan adına gözəl işlər gördüyünə görə dərin minnətdarlığımı bildirirəm, ona bu şərəfli işdə uğurlar arzu edirəm! ​ ​

 

Qızqayıt Qədirova,

Rusiya Azərbaycan Qadınları İB-nin Krım nümayəndəsi

Leave a comment