İsmayıllıda möhtəşəm yubiley konserti təşkil olunub-FOTOLAR

İsmayıllıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil edilib.

Kanal32.az-a verilən məlumata görə,İsmayıllı şəhər Heydər Əliyev adına parkda respublikanın və rayonun tanınmış müsiqiçilərinin müşayəti ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə geniş konsert proqramı nümayiş etdirilib.

İncəsənət nümayəndələri öz musiqi nömrələri ilə qonaqlara xoş əhval-ruhiyyə bəxş ediblər. Sonda Ümumilli Lider Heydər Əliyəvin 100 illiyinə həsr olunmuş müxtəlif respublika əhəmiyyətli yarışlarda qalib gəlmiş məktəbli və gənclərimiz RİH başçısı Nahid Bağırov tərəfindən təltif olunub.

Konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub. Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafındakı müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

 

   

kanal32.az

Leave a comment