Tanınmış azərbaycanlı blogger ölkəmizi dünyada belə tanıdır-VİDEO+FOTO

Azərbaycanlı travel bloggeri ölkəmizi dünyada tanıtmaq üçün fərqli bir layihəyə start veriblər.

Azərbaycanlı travel blogger Firəngiz Əbdüləziz həyat yoldaşı ilə birlikdə maraqlı bir sosial tanıtım aksiyasına başalayıblar. Dünyanın müxtəlif ölkələrində çəkilişlər aparan bloggerlər sosial tanıtım çarxını “Azərbaycanlı olduğunu göstər” adı altında reallaşdırırlar.

Cütlük Kanal32.az-a açıqlamasında bildiriblər ki,çəkilişin məqsədi səfər etdikləri ölkələrdə Azərbaycan haqqında bilgilər vermək, milli-mənəvi dəyərlərimizi,mədəniyyətimizi və mətbəximizi tanıtmaqdır. İndiyədək İngiltərədə(Londonda) və bir neçə ölkədə olan cütlük blogger insanlarla maraqlı təmaslar qurublar.

Onların bu dəfəki çəkiliş isə Vaşinqton şəhərində-Ağ evin qarşısında aparılıb. Həmyerlilərimiz Azərbaycan paxlavasını müxtəlif xalqlardan olan müsahiblərinə təqdim ediblər.Maraqlı məqamlarla yadda qalan həmin videonu təqdim edirik:

Qeyd edək ki, travel bloggerlərin digər ölkələrdə apardıqları çəkilişləri davamlı olaraq təqdim edəcəyik.

Kanal32.az