Güclü külək Mingəçevirdə ciddi fəsadlar törətdi,yerli idarə isə…-VİDEO

Aprelin 13-ü başalayan küləkli hava şəraiti Mingəçevirdə bəzi dağıntılara səbəb olub.

Kanal32.az  xəbər verir ki,intensiv və güclü küləklə müşayiət olunan kəskin hava şəraiti zamanı şəhərin H.Əliyev prospektində,Nigar Rəfibəyli, N.Nərimanov,Vidadi,Şəfəq və digər küçələr xeyli sayda ağac kökündən çıxıb. Eyni zamanda xeyli sayda ağac qırılıb və yolları bağlayıb. Avtomobillərin və piyadaların hərəkətinə mane törədib.Şəhər infrastrukturunun bəzi sahələrinə  ziyan vurub.

Şəhərin digər ərazilərində-Sağ sahil, Az.DRES və Bağlar massivində də azmiqyaslı oxşar təbiət hadisəsi müşahidə olunub. Hava şəraiti bəzi küçələrdə açılmalara və elektrik enerjisinin verilişində qısa müddətli fasilələrə səbəb olub.

Yaşıllaşıdrma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov “Kanal32″yə açqılamasında bildirib ki,yaranmış şətinliklərə baxmayraq sözügedən idarənin canlı qüvvəsi və texnikası mobil şəkildə səfərbər olub. Bir neçə briqada şəhərin müxtəlif ərazilərində baş vermiş təbii fəlakətin fəsadlarını aradan qaldırıblar,yollar aşan ağaclardan təmzlənib və hərəkət üçün yaranmış manelər götürülüb.

Şəhər təsərrüfatında qeydə alınan problemlər aradan qaldırılması istiqamətində işlər davam etdirilir.