Sankt-Peterburqda “Çinar” rəqs ansamblının 25 illik yubiley-konserti kecirilib-FOTOLAR

Rusiyanın Sankt-Peterburq şəhərində, bu şəhərdə fəaliyyət göstərən “Çinar” rəqs ansamblının 25 illik yubiley-konserti kecirilib.

Kanal32.az-a verilən məlumata görə, eyniadlı mədəniyyət mərkəzinin nəzdində yerləşən “Çinar” rəqs ansamblı 1998-ci ildən fəaliyyət göstərir. Ansamblın bədii rəhbəri Xeyransa Mirzəyevanın təşəbbusu ilə yaradılan və fəaliyyət göstərən ansambl bu illər ərzində təkcə Sankt-Peterbuqda deyil, Pusiyanın digər şəhərlərində, hətta ölkə hududlarından kənarda da Azərbaycan musiqisinin və incəsənıtinin ən fəal təbligatcısı, yüzlərlə mükafatların sahibi, yarışmaların qalibi olub.

Peterburqun boyük konsert zallarından birində kecirilən yubiley  konsertindən öncə tamaşacilar Azərbaycan milli mədəniyyətini, adət-ənələrini əks etdirən sərgi ilə da tanış olublar.

Tədbirdə müxtəlif xalqların mədəniyyət qurumlarının rəhbərləri, yerli hakimiyyət orqanlarının üzvləri, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun nümayəndələri iştirak edib, çıxışlarında “Çinar” ailəsinə uğurlar arzulayıblar.

        

Hicran,

Sankt-Peterburq şəhəri

Leave a comment