Rusiyada yaşayan və iş adamı kimi tanınan Elçin Calalov öz həmkəndlisinin öldürtmək üçün sifariş verib(?).
Əslən Şəki rayonunun Kiçik Dəhnə kəndindən olan, hazırda Rusiya Federasiyasında yaşayan və həmin ölkənin vətəndaşlığını daşıyan Məmmədov Binyamin Nizami oğlu “Kanal32”yə müraciət edib.
Onun bildirdiyinə görə öz həmkəndlisi, Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri Əlvida Calalovun Moskvada yaşayan qardaşı Elçin Baba oğlu Calalov ona qarşı sui-qəsd təşkil etdirib. Hadisə 27 may 2022-ci il tarxidə saat 18:00-da Moskva şəhərinin Novokosino rayonunun Novokosinskaya küçəsi 7 ünvanında baş verib. Belə ki, Binyamin Məmmədov şəxsi avtomobilindən düşüb yaşadığı binaya doğru gedərkən üç nəfər şəxs ona hücüm edib. Onlar Binyamin Məmmədovu öldürmək məqsədi ilə ona dəmir beşbarmaqla bir neçə dəfə ardıcıl zərbələr endiriblər. Onlar vurduqları şəxsi ölmüş bilərək onun üzərindən 360 min rubl pulu və əynindəki bahalı kurtkanı götürərək hadisə yerini tərk ediblər. Binyamin Məmmədov aldığı ağır xəsarətlərdən 21 gün xəstəxanada yatıb və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mükün olub.
Hadisəni törədən şəxslərdən ikisi-Balakən rayon sakinləri Maqmedov Rəşid Camal oğlu və Şabanov Qurban Maqomed oğlu yerli hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintintaq cəlb olunublar. Digəri-Qarayev Ömər isə hazırda Rusiya polisi tərəfindən axtarışdadır.Onun Azərbaycanda gizləndiyi ehtimal edilir. törən şəxslər barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi açılıb(122001450049000420 №-li cinayət işi). Müstəntiq Yelizarovanın apardığı ibtidai istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib.
İlkin istintaq materiallarından o aydın olur ki, cinayət hadisəsinin sifarişçisinin Calalov Elçin Baba oğlunun olmasına şübhələr yaranıb. Ona görə də hazırda Elçin Calalov və Ömər Abak oğlu Qarayevlə bağlı əlavə cinayət işi açılması üçün qərar qəbul olunub və müvafiq instintaq hərkətləri aparılır.
Şikayətçi Binyamin Məmmədov deyir ki, sifarişin verilməsinin isə heç də uzaq olmayan bir tarixçəsi var. Elçin Calalov bələdəiyyə sədri qardaşını utancverici əməllərindən çəkindirmək əvəzinə, 4 ilə yaxındır ki, məndən qisas almaq istəyir. Elçin Calalovun mənə qarşı münasibətinin cinayət səviyyəsinə çatmasının səbəbi 2019-cu ilin iyun ayından baş verən hadisə ilə bağlıdır. Belə ki, sözügedən şəxsin qardaşı Kiçik Dəhnə kənd Bələdiyyəsinin sədri Əlvida Calalov mənim 2000-ci ildə öz şəxsi vəsaitim hesabına Qarabağ uğurunda gedən döyüşlərdə şəhid olmuş Cəlilov Rövşən Ələssan oğlunun xatirəsinə tikdirdiyim abidə-bulaq kompleksinin ərazisini satıb, bulaq kompleksi isə tamamilə bərbad hala düşərək istifadəyə yararsız hala düşümüdü. Mən isə buna etiraz etmişəm və bu biabrçı məsələ ictimailəşdi.Ciddi ictimai təpkidən və adminstrasiya səviyyəsində tələbdən sonra bulaq kompleksinin ətrafı təmziləndi və abadlıq işləri aparıldı. Elə bu hadisədən sonra Əlvida və Elçin Calalov qardaşlarının mənə qarşı hücumları başlayıb,əleyhimə çirkin kampaniyalar aparılıb. Hələ bu azmış kimi Elçin Calalov məni davamlı olaraq təhdid edib, hədə-qorxu gəlib. Azərbaycana gələndə başıma oyunlar açacağını deyib. Mən deyəndə ki,qanun var, dövlət var, səndən şikayət edəcəm. O bildirib ki, icra hakimiyyəti, bütün yerli hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyinin yüksək vəzifəli generalı mənim dostumdur(həmin generalın kimliyi redaksiyamıza bəllidir).
Redaksiya olaraq biz də belə bir sual yaranır: Həqiqətənmi Şəkinin hüquq-mühafizə orqanları və DİN-nin generalı Elçin Calalova himayədarlıq edir?
Binyamin Məmmədov onu da iddia edir ki, Elçin Calalov hər yerdə özünün iş adamı kimi təqdim edir. Əslində isə qanunsuz əməllərlə məşğuldur. Belə ki, o, Moskvada yaşayan, min bir əziyyətlə beş-üç manat qazanan azərbaycanlılardan aylıq haqq alır. Hətta öz həmkəndlilərindən belə. Çirkli yollarla milyonlara sahiblənən bu adamın Şəki ərazisində 100 hektarlarla əldə etdiyi torpaq sahəsi var. Amma sadə kəndli, ortabab fermer əkib-becərməyə torpaq tapmır.
Redaksiyamzıın apardığı araşdırma zamanı o da məlum oldu ki, Elçin Calalov öz həmkəndlilərini digər cinayətkar qruplaşmalara nişan verir və onlardan alınan pullardan öz faizini götürür. Hətta, 15 nəfərə yaxın öz kəndçisini dəfələrlə döydürüb, bıçaqladıb, avtomobillərini yandırtdırıb və pullarını aldırlb. Bir sözlə, öz həmkəndlilərini qorxu altında saxlatdırır. Bu məlumatı Moskvada işləyən və qorxudan öz adının çəkilməsini istəməyən Kiçik Dəhnə kənd sakinləri verib.
Amma ilginc məlumatlar bununla yekunlaşmayıb. Məlum olub ki, iş adamı Elçin Calalov İstanbulda qətlə yetirilən “qanuni oğru” Loti Qulinin(Nadir Səlifovun) bir neçə dəfə ziyarətində olub, ona “xüsusi bəxşiş”lərini təqdim edib. Redaksiyamıza təqdim edilən foto bunu bir daha təsdiq edir. Əcəba, özünün “dövlətçi” hesab edən Bələdiyyə sədrinin qardaşını kriminal qruplaşmalarlara və mafiyalarla hansı tellər bağlayır?
Binyamin Məmmədov saytımız vasitəsi ilə Azərbaycanın hüquq-mühafizə orqanlarına, xüsusən də Daxili İşlər Nazirliyinə müraciət edərək bildirir ki, Elçin Calalovun qanunsuz əməllərinin araşdırılması üçün müvafiq addımlar atsın.
Onu da qeyd edək ki, cinayəti törədən hər üç şəxsin valideynləri Binyamin Məmmədovun Kiçik Dəhnə kəndində yaşayan atası Nizami Məmmədovun evinə gələrək ondan xahiş ediblər ki, şikayətçi olmasınlar. Hətta, ona pul da təklif ediblər. Lakin Nizami Məmmədov onlarla razılaşmayıb və deyib ki, cinayət törədən şəxslər əməllərinə görə qanun qarşısında cavab verməlidir.
Şikayətçi Binyamin Məmmədovun səsləndirdiyi iddialara cavab olaraq Elçin Calalov “Kanal32” açıqlamsında bildirib ki, mənim sözügedən şəxslə heç bir ədavətim olamyıb.Ona qarşı törədilmiş cinayət hadisəsi ilə də bağlığım yoxdur. Ola bilər ki, tutulan şəxslər mənə məxsus kafedə nə zamansa oturub çay içiblər,kiminləsə söhbət ediblər. Amma bu o anlama gəlmir ki, mənim onlarla iş birliyim var. O ki, qaldı hazırda axtarışda olduğu deyilən Qarayev Ömər Abak oğluna. Bəli, o şəxslə mənim yaxın münasibətim var. Onun da Binyaminə qarşı hər hansı cinayət törətməsinə inanmıram. Hərə öz addımına cavabdehdi. Kim cinayət tərkibli hərəkət edibsə, qanun qarşısında cavab verəcək. Onun Balakəndə gizlənməsi fikri də yanlışıdı. Həmin şəxs hazırda Rusiyadadı.
Elçin Calalov onu da bildirib ki, o heç vaxt kimdənsə zorla pul almayıb.Sadəcə bizim yığdığımız pul öz həmkəndilərimizin könüllü olaraq kəndimizin xeyir-şəri üçün, xəstələrə yardım üçün toplanan ümumi “kassa”dır və mən həmin pula qarışmıram.Əksinə, özüm də, qardaşlarım da, yaxın qohumlarım da həmin “kassa”ya pul verir. Bu sadəcə xeyriyyə məqsədi daşıyır. Elə hazırda kəndimizdə inşaa edilən məsciddə kənd sakinlərinin topladığı vəsait hesabına başa gəlir. Binyamin Məmmədov isə oraya bir qəpik də pul verməyib.
Elçin Calalovun sözlərinə görə onun öz kəndlilərini döydürməsi ittihamı şişirdilmiş məlumatdı. Sadəcə səhv hərkət edən şəxslər “nakazat” olunub, dananlanıb ki, dürüst olsunlar.
Elçin Calalov İstanbulda qətlə yetirilən “qanuni oğru” Loti Quli ilə(Nadir Səlifovla) görüşməsi və birgə foto çəkdirməsi məsələsinə də aydınlıq gətirib:” Bəli, mən Quli ilə görüşmüşəm. Amma bu mənim həmin mafioz qruplaşma ilə yaxın əlaqəm və birgə iş birliyimin olması demək deyil. Çünki mən oraya millətin bir ağsaqqalı kimi Rusiyadakı həmyerlilərimizdən birindən 5 milyon dollar tələb edilməsi məsələsini öyrənmək üçün getmişdim. Ona görə ki, pulu tələb edənlər Lotu Qulinin adından istifadə etmişdilər. Görüş zamanı isə məlum oldu ki, bu məsələnin ona aidiyyatı yoxdur. Elə sözügedən foto da həmin görüş zamanı çəkilib. Burada da qeyri-adi bir şey yoxdu. Bu fotonun çəkilməsi onun mənə olan hörmətinin göstəricisidir”.
Elçin Calalov onu da bildirdi ki, mənim Binyamin Məmmədovu Daxili İşlər Nazirliyinin yüksək vəzifəli generalı ilə hədələməyim da absurddur.Mən uşaq deyiləm ki, belə şeylər edəm. Hansısa yüksək vəzifəli şəxsin mənə hörməti varsa, bu demək deyil ki, mən hər xırda məsələni onlara deməliyəm. Allaha şükür, mənim istənilən problemi həll etməyə imkanım və gücüm çatır.
Biz qardaşlar hər zaman xeyriçəkilə məşğul olmuşuq və 44 günlük müharibə zamanı da kiçik qardaşım döyüş yerlərində olub, ordumuza xeyli məbləğdə maddi yardım edib. Hərbiçilərimizə otuz baş at alıb. Həmçinin, qida və digər ləvazimatları da əsgərlərimizə çatdırıb. Binyamin Məmmədovun isə belə bir xeyriyyəçi addımları olmayıb. Onun özü Rusiyada dolaşıq işlərlə məşğuldur.
Son da onu da qeyd edək ki, şikayətçi Binyamin Məmmədov onu da bildirib ki, Elçin Calalov 2008-ci ildə Azərbaycanda olarkən ləğv edilmiş MTN tərəfindən saxlanılıb və ondan külli miqdarda pul alındıqdan sonra buraxıblar.
Bütün hallarda biz redaksiya olaraq həm şikayətçi(iddiaçı), həm da cavabdeh şəxsin fikirlərini ictimaiyyətə təqdim etdik. Kimin haqlı, kimin haqsız olmasına qərarı isə oxucular və hüquq-mühafizə orqanları deyə bilər.
Amma kimliyindən, statusundan, vəzifəsindən asılı olmayaraq hamı törətdiyi qanunsuz əməllərə görə qanun qarşısında cavab verməlidir. Cənab Prezidentin təbirincə desək, bizim ölkədə toxunulmaz və xüsusi statusa malik şəxs yoxdur.
Necə deyərlər, bu günə kimi göstərdiyin xidmətlərə görə çox sağ ol, hazırkı qanunsuz əməlinə görə isə cəzanı alacaqsan.
“Kanal32”nin araşdırmaq qrupu