YAP Mingəçevir şəhər təşkilatına yeni sədr təyin edildi-FOTOLAR

Yeni Azərbaycan Partiyasının  İdarə Heyətinin qərarı və  Mərkəzi Aparatın rəhbəri, Partiyanın Sədr müavini Tahir Budaqovun əmri ilə təsdiq olunmuş   Bəxtiyar Mustafa oğlu Mustafayev YAP Mingəçevir şəhər təşkilatının sədri təyin edilməsi ilə bağlı 05 yanvar 2023-cü il tarixində YAP Mingəçevir şəhər təşkilatının akt zalında Yeni Azərbaycan Partiyasının   Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev , Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov, ərazi  partiya təşkilat sədrləri və partiya fəallarının  iştrakı ilə onlayn formada təqdimat mərasimi keçirildi

Yeni Azərbaycan Partiyasının  Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev təqdimat  mərasimini  açıq elan edərək YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafa oğlu Mustafayev haqqında ətraflı məlumat verərək və fəaliyyətinə uğurlar arzuladı.

Sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov çıxış edərək Bəxtiyar Mustafayevin təyinatı ilə bağlı öz fikirlərini bildirdi və gələcək fəaliyyətinə uğurlar arzuladı. Hər zaman YAP şəhər təşkilatı və şəhər İcra Hakimiyyəti ilə birgə tədbirlərin təşkil edildiyini və bundan sonra daha sıx  iş birliyinin davam etdiriləcəyini vurğuladı

Bəxtiyar Mustafayev çıxış edərək Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı, möhtərəm  cənab Prezident İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə və Mərkəzi Aparatının rəhbərliyinə öz dərin təşəkkürünü bildirərək bundan sonra da etimadı doğruldacağını bildirdi.

Daha sonra  2014-2019 cu illərdə YAP Qadınlar şurasının sədri və İdarə Heyətinin üzvü  Nurcamal Əsgərova, uzun illər partiya aktivi və əvvəlki illərdə Şura üzvü olan Mirzə Cavadov, Şəhər Veteranlar Şurasının sədr müavini Rizvan Mikayıllı, Şəhid Ailələri Müdafiə Cəmiyyətinin şəhər şöbəsinin sədri İranə Həsənova öz urək sözlərini bildirərək Bəxtiyar Mustafayevi təbrik edərək  yeni işində  uğurlar arzuladılar.

Kanal32.az

Leave a comment