İranın Azərbaycana qarşı təxtibatları və molla rejiminin erməni sevgisi-VİDEO

Son zamanlar İranla Azərbaycan arasındakı münasibətlər gərginləşməkdədir. Cənub qonşumuz ölkəmizə qarşı təhdidlərini davam etdirir, zaman-zaman müxtəlif şəxslərin rəsmi və ya qeyri – rəsmi açıqlamaları ilə öz gerçək niyyətləri büruzə verirlər.

Tarixə  nəzər yetirsək görərik ki, qonşu İran tarix boyu Azərbayacana qarşı daha hansı xəyanətkar addımları atıb? Tarixən İran adlanan coğrafiyada  Qəznəvilər, Səlçuqlar, Bayandurlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi bir çox dövlətimiz olub.

Azərbaycan türkləri müxtəlif xalqlarla, o cümlədən farslarla birgə yaşayıblar. Məsələn, Səfəvilərin və Qacarların son dönəmlərində farslar digər dövlətlərin təsiri altına düşərək azərbaycan türklərinə xəyanət ediblər. Onlar Böyük Britaniyanın köməyilə Qacarların hakimiyyətini süquta uğradıblar.

Nəticədə Pəhləvilər hakimiyyətə gəliblər və  güney azərbaycanlılara qarşı sərt siyasət  yürüdüblər, hüquqlarını əllərindən alıblar. Molla rejimi dövründə ümid etdik ki, İran İslam inqilabından sonra vəziyyət dəyişəcək, lakin çox dəyişiklik olmadı. Azərbaycan Xalq Cümhuriyyətini İran tanımadı. Qacarlarda yüksək vəzifələri farslar tutduğu üçün Azərbaycan dövlətini tanımaq istəmədilər.

Çox sonradan 1920-ci ildə  Cümhuriyyətimizi tanıdılar. Onlar Azərbaycan adı ilə razılaşmaq istəmirdilər, bunu özlərinə təhdid  hesab edirdilər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra  İran ölkəmizə qarşı ikiüzlü  mövqe tutdu. 

Cənub qonşumuzun riyakarlığını Birinci Qarabağ müharibəsində də gördük. Sözdə  Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dedilər, əməldə Ermənistana yardım etdilər. Hətta onların o vaxtki xarici işlər naziri sonralar bildirdi ki, Ermənistana yardım etməsələr, Azərbaycan daha güclü olardı.

Ümumiyyətlə, İranı tarixboyu güneyli-quzeyli Azərbaycanın varlığı narahat edib. Cənub qonşumuz indi də ölkəmizə qarşı ikiüzlü siyasət yürüdür.

Elə məhz bundan irəli gələrək 19.12.2022-ci il tarixində Kanal S-də yayımlanan “Zamanında” proqramında İnqilab Şirinlinin aparıcılığı ilə hərbi ekspert Qurban Vahidov və siyasi şərhçi, politoloq Rasim Zeynalov   “İranın Azərbaycana qarşı təxtibatları və molla rejiminin erməni sevgisi” mövzusunda bir sıra suallara aydınlıq gətirilib.

Qeyd edək ki,İran konstitusiyasının 152-ci maddəsinə görə bütün müsəlmanların hüquqlarının müdafiəsi İran xarici siyasətinin əsas psinsiplərindən biridir. Konstitusiyanın 154-cü maddəsi isə dünyanın istənilən yerində məzlumların dəstəklənməsini nəzərdə tutur.

Lakin, İran Qarabağ müharibəsində Azərbaycan müsəlmanlarına münasibətdə bu prinsiplərə qəti əməl etməyib.

Özünü guya müsəlmanların himayəçisi elan edən İran İslam həmrəliyini öz dövlət maraqlarına qurban verib.

Sözdə ərazi bütovlüyümüzü tanıdıqlarını deyirlər, lakin Ermənistana yardım edirlər. Bir sözlə farslar heç vaxt Azərbaycan türklərinin hakimiyyətini qəbul edə bilməyiblər. Məhz buna görə müxtəlif təxribat kampaniyalarına əl atır, bizi hədələməyə çalışırlar.

Amma bilməlidirlər ki, qarşılarında əvvəlki Azərbaycan yoxdur, güclü bir dövlət var! Bununla yanaşı güneyli qardaşlarımız da bizim yanımızdadırlar.