“Azərbaycan aləmi ” Mədəniyyət Mərkəzi monitorinqlər keçirəcək…
Kanal32.az-ın məlumatına görə,“Azərbaycan aləmi ” Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Koranavirus pandemiyası ilə mübarizə, əhalinin maarfiləndirilməsi, aztəminatlı ailələrə yardımın təşkili” layihəsi çərçivəsində maarifləndirmə işlərini davam etdirir. İnternetin zəif və məhdud olması səbəbindən İctimai Birliyin könülüləri küçələrdə və ictimai yerlərdə vətəndaşlarla söhbətlər edirlər.
Bundan başqa təşkilat öz daxili resusları hesabına xeyriyyə işləri də təşkil edir. Belə ki, İctimai Birliyin üzvləri Böyük Vətən müharibəsində iştirak edən Gəncə şəhərində yaşayan bəzi hərbçilərin evlərinə baş çəkiblər. Təşkilatın sədri Ş.Yusifova bildirib ki, əsgər ailələrinin üzvlərinə maska və dizinfeksiya üçün vasitələr hədiyyə edilib. Eyni zamanda Qarabağ veteranlarınıdan və şəhid ailələrindən bir neçəsinə Azərbaycan bayrağı təqdim edilib.
“Bütün görüşlərimizdə koronavirusla mübarizə aparılması üçün regionda gənclərin maarifləndirilməsi istiqamətində görülən işlərin daha geniş miqyasda təşkili məsələsi müzakirə olunub”-deyən xanım Yusifova onu da söyləyib ki, qərara almışıq partnyorlarımızla birlikdə könüllü olaraq bazarlarda, dükanlarda və sərnişindaşıma sahəsində monitorinqlər keçirək. Qənaətbəxş olmayan hallar barədə adiyyatı orqanlara məlumat verək. Mediada monitorinqin nəticələrini işıqlandıraq. Artıq bu sahədə fəaliyyətə başlanılıb.