“Uşaqların kiber mühitdə təhlükəsizliyi” layihəsi davam edir-FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi həyata keçirir.

Kanal32.az-a verilən məlumata görə,layihənin fəaliyyət planı çərçivəsində növbəti tədbiri, 50 nəfər şagird və gənc müəllimlərin iştirakı ilə Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbin akt zalında keçirilib.Tədbiri Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbin direktoru Hüseynova Esmira açaraq məktəbin Elm və Təhsil Nazirliyinin təlimatları əsasında qurulan informasiya təhlükəsizliyinin təminatı və bu barədə görülən işlərdən danışıb.

Layihənin rəhbəri Kənan Qubadzadə iştirakçılara Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Mərkəzi İctimai Birliyi haqqında, o cümlədən, “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi barədə geniş məlumat verib. O, bildirib ki, layihə müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlara, yeniyetmələrə zərərli informasiyalardan və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorunmaq məqsədi daşıyır.

Tədbirdə layihənin eksperti Anar Sarıyev çıxış edərək uşaqların, gənclərin kiber mühitdə təhlükəsizliyi, zərərli informasiyalardan qorunmağın yolları barədə geniş məlumat verdi. Tədbirdə layihə çərçivəsində nəşr olunan “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı kitabça iştirakçılara paylanılıb.

Sonda şagirdlərə və gənc müəllimlərə göstərdiyi xidmətlərə, diqqət və qayğıya görə Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbin direktoru Hüseynova Esmira “Gənclərin Dostu” fəxri mükafatı, tədbirin fəal iştirakçılarına isə təşəkkürnamə təqdim edilib.

Kanal32.az