İqtisadçı alim Qarabağda turizmin inkişafını belə dyərləndirir

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağda turizmin inkişafına da öz müsbət təsirini göstərəcək.

Bu fikirləri “OLAYLAR”-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, iqtisadçı Arzuman Muradlı səsləndirib. Onun sözlərinəı görə, xüsusilə Laçın, Kəlbəcər, eləcə də Şuşa Azərbaycan turizminin inkişafına, onun cəlbedici bir ölkəyə çevrilməsinə yol aça bilər: “Təsadüfi deyil ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında da işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi kimi xarakterizə edilir. Eyni zamanda proqramda Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər”.

Arzuman Muradlının sözlərinə görə, Dövlət Proqramına əsasən turizm potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı istiqamətində tədbirlər həyata keçiriləcək: “Bir sözlə sözügedən Dövlət Proqramı Qarabağı turizm məkanına çevirəcək. Nəticə etibarilə Azərbaycana, Qarabağa turizm səfərlərinin sayı artacaq”.